01:47 17 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0077
  • RUB0.0235
RUSİYA
Qısa URL
200010

Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov deyib ki, ABŞ-dakı Rusiya diplomatik nümayəndəlikləri görünməmiş məhdudiyyətlər altında fəaliyyət göstərirlər.

BAKI, 2 avqust - Sputnik. Amerika Birləşmiş Ştatları Rusiya tərəfinə vizalarının müddəti bitdiyinə görə ölkəni sentyabrın 3-nə qədər tərk etməli olan 24 diplomatın siyahısını təqdim edib.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoliy Antonov “National Interest” jurnalına müsahibəsində deyib.

“Vaşinqton birdən-birə viza prosedurlarını sərtləşdirdiyi üçün demək olar ki, onların heç biri əvəz edilməyəcək. Təəssüf ki, vəziyyət yaxşılığa doğru dəyişmir. ABŞ-dakı Rusiya diplomatik nümayəndəlikləri görünməmiş məhdudiyyətlər altında fəaliyyət göstərirlər. Bayden administrasiyasının diplomatiyanın vacib rolu və Rusiya ilə sabit, proqnozlaşdırıla bilən əlaqələri inkişaf etdirmək istəyi ilə bağlı açıqlamalarına baxmayaraq, Rusiyanın diplomatik varlığı mütəmadi olaraq zərbə alır”, - deyə diplomat bildirib.

Səfir əlavə edib ki, rusiyalı diplomatların ölkədən çıxarılması düşünülmüş bəhanələrlə həyata keçirilir:

“Ötən ilin dekabrında Dövlət Departamenti, bildiyimiz qədər başqa heç bir ölkəyə şamil edilməyən rus personalına üç illik səyahət limiti tətbiq etdi”.

Səfirin qayıdışı

Bu il iyun ayının 20-də iki ölkə arasındakı münasibətlərin pisləşməsi fonunda mart ayında Moskvaya məsləhətləşməyə dəvət olunan Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov ABŞ-a uçub.

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden, iyunun 16-da Cenevrədə keçirilən görüşdə səfirləri geri qaytarmaq barədə razılığa gəliblər.

ABŞ-ın Moskvadakı səfiri Con Sallivan bu ərəfədə tezliklə Rusiyaya dönəcəyini bildirib. 

Səfirin geri çağırılması

Qeyd edək ki, ABŞ prezidenti Cozef Bayden bu il martın 17-də “ABC News” telekanalına müsahibəsində Rusiya lideri Vladimir Putini Birləşmiş Ştatlarda 2020-ci ildə keçirilmiş seçkilərə müdaxiləyə görə cavab verəcəyi ilə hədələyib. Bayden həmçinin rusiyalı həmkarının ünvanına xoşagəlməz ifadələr də səsləndirib.

Rusiya Xarici işlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə cavabında bildirib ki, “Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov, ABŞ-la münasibətlər kontekstində nə edəcəyimizi və hara hərəkət edəcəyimizi analiz etmək üçün Moskvaya məsləhətləşmələrə dəvət edilib”. 

Rusiya XİN-in səfirin geri çağrılması ilə bağlı yaydığı bəyanatda deyilirdi: "Amerikanın yeni rəhbərliyi təxminən iki aydır hakimiyyətdədir, simvolik 100 gün mərhələsi çox da uzaqda deyil və bu, Co Baydenin komandasının nə etdiyini və nəyi etmədiyini qiymətləndirmək üçün əlverişli səbəbdir". 

Nazirlik Moskva ilə Vaşinqton arasındakı münasibətlərin çıxılmaz vəziyyətdə olduğunu və ən əsası bundan çıxmağın yollarını tapdığını qeyd edib:

"Amerikalılar bununla bağlı riskləri dərk etsələr, onların geri dönüşü olmayan deqradasiyasının qarşısını almaqda maraqlıyıq".

Həmçinin oxuyun: 

Rusiya ABŞ-dakı səfirini geri çağırdı

Rusiya səfiri Vaşinqtonu tərk edib

Rusiya səfiri ağzına su alıb

"Çətin münasibətlər". Rusiya səfiri niyə ABŞ-a qayıtmalıdır

Rusiya-ABŞ sammiti: danışıqlar hansı şəraitdə keçdi

Əsas mövzular