12:45 19 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
RUSİYA
Qısa URL
26 0 0

Rusiyanın Xarici İşlər Nazirliyində vurğulayıblar ki, yeni tarixdə hələ ölkənin ABŞ-dakı səfiri məsləhətləşmələr üçün Moskvaya dəvət olunmayıb.

BAKI, 21 mart - Sputnik. Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bazar günü Moskvaya gəlib. 

RİA Novosti-nin məlumatına görə, səfir ona yönləndirilən sualları cavabsız qoyaraq  beynəlxalq "Şeremetyevo" aeroportunu tərk edib. 

Rusiyalı diplomatı Nyu-Yorkdan gətirən təyyarə yerli vaxtla 11:00-da Moskvaya çatıb. Səfir sərnişinlərlə birlikdə deyil, rəsmi nümayəndələr üçün olan zaldan çıxıb, onu gözləyən avtomobilə minərək dərhal aeroportdan gedib. O, jurnalistlərin Rusiya-ABŞ münasibətlərinə dair suallarına əhəmiyyət verməyib.

Diplomat Rusiya-Amerika münasibətlərinin sonrakı istiqaməti üzrə məsəhətləşmə üçün Moskvaya dəvət edilib.

Co Bayden
© Jim Lo Scalzo / Pool via REUTERS

Rusiyanın Xarici İşlər Nazirliyində vurğulayıblar ki, yeni tarixdə hələ ölkənin ABŞ-dakı səfiri məsləhətləşmələr üçün Moskvaya dəvət olunmayıb.

Qeyd edək ki, ABŞ prezidenti Cozef Bayden martın 17-də “ABC News” telekanalına müsahibəsində Rusiya lideri Vladimir Putini Birləşmiş Ştatlarda 2020-ci ildə keçirilmiş seçkilərə müdaxiləyə görə cavab verəcəyi ilə hədələyib. Bayden həmçinin rusiyalı həmkarının ünvanına xoşagəlməz ifadələr də səsləndirib.

Rusiya XİN-in səfirin geri çağrılması ilə bağlı yaydığı bəyanatda deyilir: "Amerikanın yeni rəhbərliyi təxminən iki aydır hakimiyyətdədir, simvolik 100 gün mərhələsi çox da uzaqda deyil və bu, Co Baydenin komandasının nə etdiyini və nəyi etmədiyini qiymətləndirmək üçün əlverişli səbəbdir". 

Nazirlik Moskva ilə Vaşinqton arasındakı münasibətlərin çıxılmaz vəziyyətdə olduğunu və ən əsası bundan çıxmağın yollarını tapdığını qeyd edib: "Amerikalılar bununla bağlı riskləri dərk etsələr, onların geri dönüşü olmayan deqradasiyasının qarşısını almaqda maraqlıyıq".

Teqlər:
səfir, ABŞ, Rusiya

Əsas mövzular