04:59 06 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0122
  • RUB0.0233
RUSİYA
Qısa URL
Yeni tip koronavirus pandemiyası (732)
12 0 0

Məqalədə qeyd olunur ki, "AstraZeneca" və "Johnson&Johnson"dan fərqli olaraq "Sputnik V"də bir deyil, iki adenovirus var və bu onun müdafiə xüsusiyyətlərini artırır. Bundan başqa, Rusiya preparatı ilə immunizasiyadan sonra heç bir ölkədə tromboz halı qeydə alınmayıb.

 

BAKI, 7 iyul — Sputnik. Rusiyanın "Sputnik V" vaksini dünyanın təxminən 70 ölkəsində qəbul olunsa da, yan təsirləri ilə bağlı mübahisələr ucbatından Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) indiyə kimi bu preparatı təsdiqləməyib. Bu fikirlər "Nature" jurnalında dərc olunmuş məqalədə öz əksini tapıb.

Məqalə müəllifləri qeyd edirlər ki, "Sputnik V" dünyada COVID-19-un profilaktikası məqsədilə qeydiyyatdan keçirilmiş ilk preparatdır və onlarla dövlətin təsdiqini alıb, ancaq peyvəndin qlobal şəkildə yayılması üçün ÜST-ün razılığı vacibdir.

Bir sıra əcnəbi epidemioloqlar həddən artıq tez qeydiyyatdan keçirildiyinə görə Rusiya preparatına tənqidi yanaşırlar.

"Sputnik V"nin effektivliyinin koronavirusa yoluxmada 91,6 faiz olması və ağırlaşma hallarının qarşısını 100 faiz alması barədə "The Lancet"də məqalə dərc olunandan sonra bu şübhələrin bir hissəsi aradan qalxdı. Daha sonra, 2021-ci ilin aprelində Qamaleya İnstitutu yeni məlumatları elan etdi. Həmin məlumatlara əsasən, vaksinin effektivliyi 97,6 faiz təşkil edir.

Əcnəbi alimlər tərəfindən tənqidlərin davam etməsinə baxmayaraq preparatı Cənubi Koreya, Argentina, Macarıstan, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələr qəbul edib və onun təsirini 97,8 faizlik bir göstərici ilə qiymətləndiriblər.

Məqalədə o da qeyd olunur ki, "AstraZeneca" və "Johnson&Johnson"dan fərqli olaraq "Sputnik V"də bir deyil, iki adenovirus var və bu onun müdafiə xüsusiyyətlərini artırır. Bundan başqa, Rusiya preparatı ilə immunizasiyadan sonra heç bir ölkədə tromboz halı qeydə alınmayıb. Halbuki eyni nəticəni digər preparatlar haqqında demək mümkün deyil. Xüsusən də, Argentina, Braziliya və San-Marinodan "Sputnik V"nin tətbiqindən sonra hər hansı bir ağırlaşma barədə məlumat daxil olmayıb.

Məqalə müəllifləri vurğulayıblar ki, "Sputnik V"nin bundan sonrakı tədqiqatları onun effektivliyi və təhlükəsizliyi ilə bağlı xaricdə də daha aydın mənzərənin yaradılmasına kömək edəcək.

Qeyd edək ki, Rusiya Səhiyyə Nazirliyi 2020-ci ilin avqust ayında koronavirus infeksiyasının profilaktikası məqsədilə Qamaleya Mərkəzində istehsal olunmuş dünyada ilk vaksın preparatını qeydiyyatdan keçirib.

"Sputnik V" insan adenoviral vektorlarının sübut edilmiş və yaxşı öyrənilmiş platformasında yaradılıb. Vaksinasiyaya cəlb olunmuş 3,8 milyon Rusiya vətəndaşının analiz nəticələrinə görə, preparatın effektivliyi 97,6 faizdir. Qamaleya Mərkəzindən verilən məlumata görə, bu, "The Lancet" jurnalında dərc olunmuş nəticədən (91,6%) yüksəkdir.

Eləcə də oxuyun:

Mövzu:
Yeni tip koronavirus pandemiyası (732)
Teqlər:
peyvənd, COVID-19 pasportu, Sputnik-V peyvəndi, Rusiya, məqalə

Əsas mövzular