19:59 30 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232
XƏBƏRLƏR
Qısa URL
7 0 0

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus deyib ki, effektli vasitələrə əli çatmayan ölkələr daha çox kütləvi xəstəxanaya yerləşdirilmə və ölüm halları ilə qarşılaşırlar.

BAKI, 7 iyul — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus koronavirus pandemiyasının çox təhlükəli mərhələsinin çatdığını bildirib.

RİA Novosti-nin xəbərinə görə, baş direktor Qebreyesus hazırda virusla mübarizə üçün köməkçi vasitələrə, ilk növbədə peyvəndlərə sahib olan dövlətlərin məhdudiyyətləri yumşaltdığını deyib.

“Bununla yanaşı, effektli vasitələrə əli çatmayan ölkələr daha çox kütləvi xəstəxanaya yerləşdirilmə və ölüm halları ilə qarşılaşırlar. Bu, virusun yeni ştammları ilə daha da kəskinləşir”, - deyə ÜST rəhbəri əlavə edib.

Onun fikrincə, belə bir vəziyyətdən yeganə çıxış yolu ölkələr arasında testlərin, peyvəndlərin, dərmanların və qoruyucu vasitələrin ədalətli paylanmasıdır: “Bu, raket istehsalı və ya xeyriyyəçilik deyil. Bu, bütün maraqlara cavab verən məntiqli ictimai səhiyyə xidmətidir”.

Təşkilat rəhbəri qeyd edib ki, hər şeyin yaxşıya doğru dəyişiləcəyinə ümid var, COVAX peyvənd paylanılması proqramı buna misaldır. Qebreyesus ölkələri bu istiqamətdə öz səylərini artırmağa çağırıb.

ÜST-dən tövsiyələr: "Delta" ştammına yoluxarkən nə etməli

Koronavirusa qarşı vaksinlərin əsas vəzifəsi xəstəliyin ağır keçməsindən müdafiə etməkdir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiqlənmiş preparatlar 100 faiz yoluxmanın qarşısını almasa da, 90 faizdən çox COVID-19-un ağır formasından qoruyur. Bu barədə ÜST-ün baş elmi işçisi Sumya Svaminatan bildirib. 

"Bu peyvəndlərin əsas məqsədi ciddi xəstəliyin qarşısını almaqdır. Biz yoluxmuş insanların ağır xəstələnmələrini deyil, sağalmalarını istəyirik", - deyə Sumya Svaminatan söyləyib.

O, peyvəndlərin koronavirusa yoluxmaya qarşı fərqli qorunma dərəcəsinin olduğunu xatırladıb. Keçirilən sınaqların nəticələrinə görə, səviyyə "70 faiz ilə 90 faiz arasında dəyişə bilər" və "hazırda heç bir peyvənd 100 faiz qorumur", - deyə ekspert bildirib. "Lakin ciddi xəstəliyin qarşısının alınması və xəstəxanaya yerləşdirilməsi baxımından onlar hamısı çox yaxşıdır: effektivlik 90 faizdən çoxdur", - deyə o qeyd edib və əlavə edib ki, vaksinasiya olunduqda "ciddi xəstəlik ehtimalı çox azdır". Sumya Svaminatanın vurğuladığı kimi, peyvənd zəruridir, çünki ciddi formada xəstəlikdən qoruyur və eyni zamanda, infeksiyanın ötürülməsi riskini azaldır.

Koronavirusun xüsusilə yüksək dərəcədə yoluxucu olan "delta" ştamından danışarkən, ekspert bundan qorunmaq üçün qanda "yüksək səviyyədə anticisim"lərin tələb olunduğunu bildirib. "Təcili istifadə olunmaq üçün tövsiyə olunan bütün ÜST peyvəndləri, "delta" variantının səbəb olduğu ağır xəstəliklərdən, xəstəxanaya yerləşdirilməsi və ölümdən qoruyur", - deyə o qeyd edib.

Sumya Svaminatan "delta" variantının çox yayıldığı ölkələrdə aparılan araşdırmalara istinad edib, həmin araşdırmalara görə peyvənd olunan insanların xəstəxanaya yerləşdirilmə ehtimalı peyvənd edilməmiş insanlara nisbətən "çox aşağı"dır. "Delta" variantından qorunmaq üçün tam peyvənd kursunu keçmək lazımdır", - deyə ÜST-nin baş elmi əməkdaşı yekunlaşdırıb.

Bu günə qədər ÜST təcili istifadə üçün yeddi preparat tövsiyə edib: bunlar Sinopharm və Sinovac Çin şirkətlərinin vaksinləri, ABŞ-ın Pfizer və Almaniyanın BioNTech kompaniyalarının birgə hazırladığı Comirnaty vaksini, Amerikanın Johnson & Johnson kompaniyasının bölməsi olan Janssen şirkətinin vaksini, Amerikanın Moderna şirkətinin vaksini, eləcə də AstraZeneca İngilis-İsveç şirkəti və Oksford Universitetinin birgə hazırladığı vaksinin iki variantı.

Həmçinin oxuyun:

* "Delta" ştammına yoluxarkən nə etməli: ÜST təcili istifadə üçün preparatlar tövsiyə etdi

Əsas mövzular