Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskvada miqrantlar necə peyvənd olunurlar

© Sputnik / Vitaliy Belousov / Mediabanka keçidВакцинация мигрантов от COVID-19 на территории ТЦ "Садовод"
Вакцинация мигрантов от COVID-19 на территории ТЦ Садовод - Sputnik Azərbaycan, 1920, 01.07.2021
Abunə olmaq
Rusiya paytaxtında təşkil olunmuş iki peyvənd məntəqəsində bir gün ərzində dörd min əmək miqrantını vaksinasiyaya cəlb etmək mümkün olub.

BAKI, 1 iyul — Sputnik. İki tibb məntəqəsinə nəqliyyatla çatdırılma, minimum bürokratiya, mehriban münasibət və ən əsası pulsuz vaksinasiya - Rusiya paytaxtında əmək miqrantları üçün peyvənd kampaniyasının necə başladığını Sputnik-in reportajından oxuyun.

İyunun 29-da Moskvada əmək miqrantları üçün koronavirusa qarşı vaksinasiya proqramına start verilib. Bu prosesin başlanması üçün bir neçə gün əvvəl Rusiya Prezidenti Vladimir Putin sərəncam imzalayıb.

Xarici vətəndaşların vaksinasiyası Moskvada koronavirusla mübarizə kampaniyası çərçivəsində həyata keçirilir. Paytaxt rəhbərliyi 18 iyun tarixindən etibarən ticarət, xidmət və iaşə sahəsindəki şirkətlərə işçilərinin ən azı 60 faizinin peyvənd olunması barədə tapşırıq verib. Moskvada məxsusi olaraq miqrantlar üçün - Saxarovo kəndindəki miqrasiya mərkəzində və "Sadovod" ticarət mərkəzinin ərazisində iki genişmiqyaslı peyvənd məntəqəsi açılıb.

© Sputnik / Vitaliy Belousov / Mediabanka keçid "Sadovod" ticarət mərkəzinin ərazisində iki genişmiqyaslı peyvənd məntəqəsi
Moskvada miqrantlar necə peyvənd olunurlar - Sputnik Azərbaycan, 1920, 01.07.2021
"Sadovod" ticarət mərkəzinin ərazisində iki genişmiqyaslı peyvənd məntəqəsi

Bu məkanlar hər gün səhər saat 8-dən axşam saat 20-yə kimi fasiləsiz işləyir.

"Sadovod" ticarət mərkəzində təşkil edilmiş peyvənd məntəqəsinin kuratoru, 175 saylı Moskva şəhər poliklinikasının baş həkimi Andrey Federukun Sputnik-ə verdiyi məlumata görə, əslində əcnəbilərin vaksinasiyası pulludur, ancaq həmin vəsaiti miqrantlar özü ödəmir.

"Vaksinasiyanın qiyməti – 1300 rubldur. Bu, yeni, birkomponentli "Sputnik Layt" peyvəndidir. Əmək miqrantlarının vaksinasiya olunması üçün şirkətlər xarici əməkdaşlarının siyahısını şəhər administrasiyasına verir və müqavilə imzalanır, tarix, vaxt müəyyənləşdirilir və miqrantlar mütəşəkkil formada peyvənd mərkəzlərinə aparılır", – deyə o bildirib.

Moskvadakı şirkətlər əcnəbi əməkdaşlarını avtobuslarla "Sadovod"a gətirirlər. Avtobuslar yarım saatlıq intervallarla mərkəzin qapılarına yaxınlaşır. "Sadovod" peyvənd mərkəzi – çox da böyük olmayan çadır düşərgəsidir. Onun girişinin qarşısında tibb bacıları və polislər keşik çəkirlər. Peyvənd olunmaq istəyənlərin əvvəl hərarəti ölçülür. Hüquq-mühafizə orqanlarının əməkdaşları maska taxılması və sosial məsafəyə riayət olunmasına ciddi nəzarət edirlər. Bütün bunlar vaksinasiyadan əvvəl yoluxma riskini minimuma endirmək üçündür.

Bir gün ərzində iki peyvənd məntəqəsindən təxminən 4 min əcnəbi keçib ki, onların da bəzilər artıq koronavirusa yoluxmuş şəxslərdir.

© Sputnik / Vitaliy Belousov / Mediabanka keçid "Sadovod" ticarət mərkəzinin ərazisində iki genişmiqyaslı peyvənd məntəqəsi
Moskvada miqrantlar necə peyvənd olunurlar - Sputnik Azərbaycan, 1920, 01.07.2021
"Sadovod" ticarət mərkəzinin ərazisində iki genişmiqyaslı peyvənd məntəqəsi

"Qanda antitellərin olması vaksinasiya üçün əks-göstəriş hesab edilmir", – deyə Andrey Fedoruk vurğulayır.

Tibb işçisi Farndun Yaqubov miqrantlara vaksinasiyanın məqsədini izah edir. O bildirir ki, "Sputnik layt" peyvəndi koronavirusun hazırda bütün dünyada yayılmağa başlayan Hindistan ştammına qarşı da effektlidir.

Rus dilində yaxşı danışa bilməyən bəzi miqrantlarla isə o, doğma tacik dilində danışır.

"Mən Bryansk vilayətindəki tibb kollecində oxumuşam. 2017-ci ildə təhsilimi başa vurandan sonra Moskvaya gəlib işləməyə başladım. Pandemiya başlayanda isə lap əvvəldən COVID briqadasının tərkibinə daxil oldum, indi də burada işləyirəm", – deyə Yaqubov bildirir.

Moskva rəhbərliyi hələlik pilot rejimdə həyata keçirilən əmək miqrantlarının vaksinasiya prosesini sürətləndirmək məqsədilə tələb olunan sənədlərin siyahısını minimuma endirib. Məsələn, bu məqsədlə Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin vətəndaşlarının pasport məlumatları kifayət edir. Digər miqrantlar isə Rusiyada müvəqqəti yaşayış icazəsi də daxil olmaqla bir sıra başqa sənədləri də təqdim etməlidirlər.

Özbəkistandan gəlmiş əmək miqrantı Nazirə Toşboltayeva deyir ki, sənədləri toplamaq və peyvənd olunmaq asan başa gəldi. "Özümü də yaxşı hiss edirəm", – deyə o əlavə edib.

© Sputnik / Vitaliy Belousov / Mediabanka keçidTibb işçisi "Sadovod" ticarət mərkəzinin ərazisində peyvənd vurur
Moskvada miqrantlar necə peyvənd olunurlar - Sputnik Azərbaycan, 1920, 01.07.2021
Tibb işçisi "Sadovod" ticarət mərkəzinin ərazisində peyvənd vurur

Özbəkistanlı aşpaz Xusanboy Erkabayev də vaksinasiya prosesindən razı qalıb.

"Hamıya peyvənd olunmağı məsləhət görürəm. Lazımdır, çünki COVID hər yerdə gəzir. Çox sürətlə keçdi. Ən əsası isə bizi mehribanlıqla qarşıladılar. Bu çox vacibdir".

Bunu eşidən tibb bacısı Yekaterina Borisova, "Bəs necə? Başqa cür ola da bilməz! Çünki onlar yad ölkədədirlər, biz onlara hər şeyi bircə-bircə izah edirik. Yeri gəlmişkən, miqrantlarla işləmək asandır. Hər beş dəqiqədə bir nəfəri peyvənd edirik", - deyə söhbətə qarışır.

Çadır düşərgəsinin çıxışında isə miqrantları tibb bacısı Olqa qarşılayır və vaksinasiya ilə bağlı onların bütün suallarına cavab verir. Bir də mütləq hər bir miqranta xoş gün arzulayır.

"Prinsipcə, tibb sahəsində çalışanlar insanlara yaxşı münasibət bəsləyirlər, biz isə xaricilərlə işləyirik, onlara qarşı daha da diqqətli olmağa çalışırıq. İstəyirik ki, mümkün olduğu qədər daha çox insan peyvənd olunsun və vəziyyət normallaşsın", – deyə o bildirir.

Eləcə də oxuyun:

Xəbər lenti
0