20:32 30 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232
SƏHİYYƏ
Qısa URL
Yeni tip koronavirus pandemiyası (731)
7275 0 0

ABŞ-dan olan tibb elmləri doktoru Mixail Favorov əmindir ki, koronavirus laboratoriyada yaradılıb və yalnız hamılıqla peyvənd olunaraq ona qalib gəlmək mümkündür.

BAKI, 30 iyun — Sputnik. Hazırda keçmiş SSRİ-nin bir sıra ölkələrində koronavirusun yeni ştammının yayılması ilə əlaqədar karantin qaydaları sərtləşdirilir və pandemiyanın qarşısını yalnız kütləvi vaksinasiya ilə almaq olar. Bu barədə amerikalı epidemioloq, infeksionist, tibb elmləri doktoru Mixail Favorov Sputnik-ə müsahibəsində bildirib.

"Pandemiyanın  – yalnız epidemiyanın deyil, məhz pandemiyanın – qarşısını almağın tək mexanizmi vaksinasiyadır. Başqa heç bir üsul yoxdur. Əks halda, hamımız müxtəlif formada bu xəstəliyə məruz qalacağıq: kimsə yüngül keçirəcək, kimsə öləcək. Vaksinasiya zamanı isə xəstəliyin ağır formada keçməsi və ölüm ehtimalı sıfıra enir", – deyə Mixail Favorov vurğulayıb.

Epidemioloq vəziyyəti belə izah edir: bir bölgədə, ölkədə və ya icmada vaksinasiya olunanların sayı çox olarsa, xəstə insandan ətraf mühitə düşən virus müdafiə olunmuş şəxslərə təsadüf edir. Virusun mutasiyası isə yalnız xəstəlik vaxtı baş verə bilər.

"Virus öz təbiəti etibarı ilə bir gündə min dəfə mutasiyaya uğrayır. Daim yeni virus hissəcikləri yaranır. Onlardan çoxu bölünmə qabiliyyətinə malik olmasa da, əvvəl-axır özündən əvvəlkilərdən fərqlənən mutasiyalar meydana çıxır. Odur ki, koronavirusa artıq yoluxmuş insanlar tam müdafiə olunmuş sayılmırlar. Məlumdur ki, insanların 2-5% faizi bu xəstəliyə ikinci dəfə yoluxur. Məndə hətta eyni insanda üç dəfə yoluxmanın qeydə alındığını barədə məlumat da var. Odur ki, əgər siz klassik Uhan virusuna yoluxmusunuzsa, böyük ehtimalla, Hindistan ştammı ilə yoluxmanı yüngül formada keçirəcəksiniz", - deyə Favorov qeyd edir.

Mütəxəssisin sözlərinə görə, Hindistanın əhalisinin həddən artıq çoxluğu mutasiyaların sayının artmasına səbəb olur.

"Virus daim yoluxa biləcəyi insanları axtarır – bura xəstəlikdən sonra qanında kifayət qədər antitel yaranmayanlar, peyvəndə yaxşı reaksiya verməyənlər də aiddir", - deyə epidemioloq açıqlayır.

Bununla belə, o qeyd edir ki, xəstəliyi keçirənlə peyvənd olunmuş insan tamamilə fərqli mövqedədirlər, çünki vaksin xəstəlikdən sonra yaranan antiteldən daha yaxşı müdafiə edir. Onun sözlərinə görə, eynilə "laboratoriyadan qaçmış süni virusla" ilk dəfə qarşılaşdığı kimi, bu effekti də birinci dəfədir ki, müşahidə edir.

"Hesab edirəm ki, bu, süni virusdur, çünki iki təbii virusun kombinasiyası əsasında yaradılıb. Biz dəqiq bilirik ki, laboratoriyada (Çinin Uhan şəhərindəki - red.) üç nəfər xəstələnib və əvvəl bu barədə heç kimə məlumat verməyiblər, sonradan onlar xəstəxanaya yerləşdiriliblər. Onlardan birinin həyat yoldaşı da yoluxaraq dünyasını dəyişib. Və bütün bunlar hələ oktyabr ayının sonlarında (2020-ci il - red.) baş verib. Halbuki virusun yayılması barədə məlumat yalnız dekabr ayında açıqlandı", – deyə Favorov vurğulayır.

Elmlər doktoru onu da qeyd edib ki, əslində koronavirusu təbii virus da hesab etmək olar, çünki o, iki təbii virusun birləşməsindən ibarətdir. Onun sözlərinə görə, COVID-19 nukleotidlərdən süni yola yığılmayıb, ancaq laboratoriyada süni yolla əldə olunub: "Təəssüf ki, kifayət qədər müdafiə olunmamaq insanların kütləvi şəkildə yoluxması ilə nəticələnib".

Epidemioloq qeyd etdi ki, koronavirusun mənbəyinin Uhan laboratoriyası olması faktı artıq heç kimə sirr deyil. Hələ 2020-ci ilin dekabr ayında Çin mətbuatında bu barədə məqalələr dərc olunub, Favorovun Çin dilini bilən həmkarı isə həmin məqalələri ingilis dilinə tərcümə edib. "Bəli, Çin indi bunu inkar edir, ancaq sözügedən virusda olan fraqmentə heç bir adenovirusda rast gəlinmir", – deyə alim vurğulayır.

"Bəlkə, o, göydən düşüb? Biz dəqiq bilirik ki, məhz bu laboratoriyada həmin fraqment üzərində iş gedirdi. Ancaq hüquqi nöqteyi-nəzərdən məhz bu işin görüldüyü elmi jurnallarda öz əksini tapmamış, laboratoriya əməkdaşlarının hesabatları əldə edilməmiş bunu təsdiqləmək olmaz. Həmin insanları isə tapmaq tezliklə mümkün olmayacaq. Çin nəticə əldə edilə biləcək əsas sənədi artıq ictimaiyyətin istifadəsindən çıxarıb. Dedilər ki, guya həmin sənəddə nəyi isə dəyişdirməlidirlər, ancaq geri qaytarmadılar".

Bəs koronavirusun elə bir mutasiyası yarana bilərmi ki, ümumiyyətlə, onun üçün antitelin heç bir əhəmiyyəti olmasın? "Biz bundan çox ehtiyat edirik, odur ki, diqqətlə bu məsələni izləyirik, ancaq hələlik belə bir şey baş verməyib", – deyə mütəxəssis sualın cavabında bildirib.

Bununla belə, Mixail Favorovun proqnozuna görə, artıq 2022-ci ilin sonlarında adamlar maskasız gəzə və rahat nəfəs ala biləcəklər. Ancaq bu azadlığa gedən yol çox çətin və ölüm-itimli olacaq, xüsusən də, qarşıdakı iki ay ərzində. Odur ki, kütləvi vaksinasiyaya ehtiyac var.

Eləcə də oxuyun:

Mövzu:
Yeni tip koronavirus pandemiyası (731)
Teqlər:
laboratoriya, ABŞ, epidemiya, virusoloq, COVID-19, virus, Uhan

Əsas mövzular