Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Peyvənddən sonra maska taxmağa, əl gigiyenasına və fiziki məsafəyə riayət etməliyik

© AFP 2024 / OLI SCARFFВакцинация от коронавируса, фото из архива
Вакцинация от коронавируса, фото из архива - Sputnik Azərbaycan, 1920, 01.07.2021
Abunə olmaq
Vaksin istehsal edən şirkət tərəfindən peyvəndin yalnız vaksinin elementlərinə qarşı həssaslığı olan, vaksin vurulan zaman yüksək bədən hərarəti və ya xroniki xəstəliyinin kəskinləşməsi mərhələsində olan insanlara vurulması tövsiyə edilmir

BAKI, 1 iyul — Sputnik. Vaksindən sonra mümkün ola biləcək baş, əzələ ağrıları, qızdırma və s. kimi əlamətlər əks təsir deyil, əksinə, gözlənilən nəticədir və tibbi cəhətdən bədənin vaksinə müsbət reaksiya verməsinin göstəricisidir.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı "Twitter" hesabında paylaşımı zaman deyib.

O qeyd edib ki, vaksin istehsal edən şirkət tərəfindən peyvəndin yalnız vaksinin elementlərinə qarşı həssaslığı olan, vaksin vurulan zaman yüksək bədən hərarəti və ya xroniki xəstəliyinin kəskinləşməsi mərhələsində olan insanlara vurulması tövsiyə edilmir.

R.Bayramlı qeyd edib ki, peyvəndin təsirinin ikinci dozanın vurulmasından təxminən 2 həftə sonra başlamasını nəzərə alaraq maska taxmağa, əl gigiyenasına və fiziki məsafəyə riayət etməyə mütləq əməl etməliyik: "Çünki həmin müddətdə yuxarı tənəffüs yollarında virusu daşıya bilərik. Vaksin olunan şəxs üçün bu hal heç bir təhlükə yaratmasa da, ətrafımızda risk qrupuna aid insanlar üçün təhlükə mənbəyi ola bilərik”.

Azərbaycanda vaksinasiya

Azərbaycanda dünən 88 978 nəfər vaksinasiya olunub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 40 804, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 48 174 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 3 511 219, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 2 214 990, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 1 296 229 nəfər təşkil edir.

Hazırda Azərbaycanda koronavirus infeksiyasına qarşı 4 peyvənd tətbiq olunur. Bunlar "CoronaVac", "Vaxzevria", "Sputnik V", "Pfizer" vaksinləridir. Vətəndaşlar peyvənd olunmaq üçün ilk növbədə randevu.its.gov.az saytından qeydiyyatdan keçərək növbə götürməlidirlər.

"Avropa Dərman Agentliyi ilə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hazırda 4 vaksin ("BioNTech/Pfizer", "Moderna", "AstraZeneca" və "Johnson & Johnson") qeydiyyata alınıb.

Xəbər lenti
0