20:26 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
DÜNYA
Qısa URL
20

Dünya liderləri iyunun 16-sı İsveçrənin Cenevrə şəhərində "Villa La Grange" adlı iqamətgahda görüşəcək.

BAKI, 11 iyun — Sputnik. Birləşmiş Ştatların sabiq Prezidenti Donald Tramp öz varisi Co Baydenə Rusiya lideri Vladimir Putinlə danışıqlarda uğurlar arzulayıb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

"Görüşdə yuxulama və xahiş edirəm ona (Putinə – red.) ən xoş arzularımı çatdır", - deyə Tramp qeyd edib.

Seçkiöncəsi kampaniya zamanı Tramp dəfələrlə öz rəqibini "yuxulu Co" adlandırıb.

Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Co Baydenin görüş yeri məlum olub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat İsveçrə Xarici İşlər Nazirliyinin rəsmi "Twitter" hesabında yerləşdirilib.

Məlumatda bildirilir ki, dünya liderləri iyunun 16-sı İsveçrənin Cenevrə şəhərində "Villa La Grange" adlı iqamətgahda görüşəcək.

"İsveçrə Cenevrə seçimi ilə göstərilən inama görə hər iki tərəfə təşəkkür edir", - deyə məlumatda bildirilir.

Rusiya və ABŞ liderləri Vladimir Putin və Co Baydenin strateji sabitlik, pandemiya ilə mübarizə, beynəlxalq gündəlik və regional münaqişələri müzakirə edəcəyi gözlənilir.

Qeyd edək ki, məşhur "Politico" nəşri daha əvvəl dünyanın iki aparıcı dövlətinin liderlərinin Bakıda görüşə biləcəyi ehtimalını irəli sürmüşdü. Xəbərdə bildirilirdi ki, ABŞ-ın sabiq rəsmi şəxsləri və analitikləri hər iki prezidentin görüşünün Çexiyanın paytaxtı Praqa, İslandiyanın paytaxtı Reykyavik, Sloveniya paytaxtı Lyublyana və Azərbaycanın paytaxtı Bakıda keçirilə biləcəyini istisna etmirlər.

Əsas mövzular