Hazırkı vəziyyətdə Cənubi Qafqazda nəqliyyat infrastrukturunun inkişafı heç vaxt olmadığı qədər vacibdir. Bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.
İqtisadçı ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, son vaxtlar Rusiyaya qarşı tətbiq edilən sanksiyaların artması və regionda yaranmış problemlər mövcud nəqliyyat dəhlizlərinin əhəmiyyətini daha da artırıb: “Bu gün Azərbaycan nəqliyyat qovşağına çevrilib. Bu baxımdan Azərbaycanın əhəmiyyəti və xüsusən də Cənubi Qafqazdakı nəqliyyat dəhlizlərinin fəaliyyəti Rusiya üçün xüsusi önəm daşıyır. Xüsusən də tətbiq olunan sanksiyalar nəticəsində planlaşdırılan enerji layihələrinin reallaşdırılmasına yaranan əngəllər yeni yolların tapılmasını vacib edir. Azərbaycanın israrla açılmasını tələb etdiyi Zəngəzur dəhlizi də bu sıradandır. Nəqliyyat dəhlizlərinin bərpası tək Rusiya üçün deyil, həm də bölgə dövlətləri üçün əhəmiyyətlidir”.
Fuad İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz