23:18 19 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
RUSİYA
Qısa URL
34

Ehtimal ki, gələcəkdə əmək miqrantları reyestrdə əvvəlcədən qeydiyyatdan keçə biləcək və yalnız iş tapdıqdan sonra Rusiyaya uça biləcəklər.

 

BAKI, 28 may — Sputnik. Rusiya ərazisində qeydiyyatdan keçməyin qanuni və tez başa gələn yolu var. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti yanında İctimai şuranın sədri, Miqrasiya təşəbbüsləri Avrasiya platformasının təsisçisi Azər Allahverənov bildirib.

Onun sözlərinə görə, Rusiyada miqrantların iş icazəsi almaq üçün məcburi elektron qeydiyyatı xaricdən bu ölkəyə işçi qüvvəsinin cəlb olunmasını sadələşdirəcək və bu prosesin şəffaflığına şərait yaradacaq.

Allahverənov onu da istisna etmir ki, gələcəkdə əmək miqrantları reyestrdə əvvəlcədən qeydiyyatdan keçə biləcək və yalnız iş tapdıqdan sonra Rusiyaya uça biləcəklər.

Qeyd edək ki, ötən ilin dekabrında Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə qanunsuz miqrantların ölkədən çıxarılmasına qoyulmuş moratoriumun vaxtı iyunun 15-də bitir və bu, azərbaycanlı miqrantlara da şamil olunur.

Rusiya Daxili İşlər Nazirliyinin bir müddət əvvəl dərc olunmuş məlumatlarına görə, bu ölkədə yaşayan azərbaycanlı qanunsuz miqrantların sayı 120 min nəfərə çatır.

Son vaxtlar Rusiyada miqrantların sayının azalması ölkədə müəyyən işçi qüvvəsi çatışmazlığı yaradıb ki, bu da daha çox fiziki əmək tələb edən sahələrdə müşahidə olunur. Pandemiyadan əvvəl bu çatışmazlıq məhz əmək miqrantlarının sayəsində bağlanırdı.

Hazırda bütün əcnəbilər kimi, Rusiyaya gedən azərbaycanlı miqrantlar da federasiyanın ərazisində 90 gün olmaq imkanından yararlanırlar.

Eləcə də oxuyun:

  • Deportasiyanın bir addımlığında: Rusiya qeyri-leqal miqrantlar problemini necə həll edir?
  • Rusiyada miqrantlara xüsusi rejim tətbiq olunacaq

  • Rusiyada əmək miqrantları məhkumlarla əvəz oluna bilər

Əsas mövzular