BAKI, 23 may — Sputnik. Rusiyada bu ölkənin ərazisində qalmaq hüququ olmayan, ancaq mövcud vəziyyətlə əlaqədar, məsələn, koronavirusa görə özünü təcrid edən miqrantlara qarşı xüsusi hüquqi rejim tətbiq olunacaq. Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, sözügedən rejim "Nəzarət altında yaşama" adını daşıyır.
Bu barədə jurnalistlərə Rusiya Daxili İşlər Nazirliyindən məlumat verilib.
"Miqrasiya sahəsində təhlükəsizlik və asayişin təmin edilməsi mexanizminin səmərəliliyinin artırılmasına yönəlmiş qabaqlayıcı tədbirlərdən biri kimi qanunvericiliyə "Nəzarət altında yaşama" adlı xüsusi hüquq-mühafizə rejiminin tətbiqi planlaşdırılır. Bu rejim Rusiyada qalmaq üçün heç bir qanuni əsası olmayan, ancaq bu və ya digər səbəbdən ölkə ərazisində yaşamağa davam etmək məcburiyyətində olan miqrantlara şamil ediləcək", - deyə sənəddə bildirilir.
Daxili İşlər Nazirliyindən onu da bildiriblər ki, yeni hüquqi rejim, məsələn, barəsində çıxarılan qovulma qərarının icrası dayandırılmış və ya məhkəmə proseslərində iştirak etmə zərurəti ilə əlaqədar olaraq Rusiyadan çıxmaları məhdudlaşdırılan əcnəbilərə də tətbiq olunacaq.
""Rospotrebnadzor"un özünütəcrid rejimi də daxil olmaqla, müəyyən sanitariya qaydalarına riayət edilməsinə dair təlimat verilmiş ictimai təhlükəli yoluxucu xəstəliklərdən əziyyət çəkən əcnəbilərə qarşı da bu cür rejimin tətbiqi məsələsi müzakirə olunur", - deyə nazirlikdən məlumata əlavə olunub.
Qurumdan nəzarət altında olan əcnəbilərlə əlaqədar bir sıra məhdudiyyətlərin tətbiq oluna biləcəyini də istisna etməyiblər. Eyni zamanda, Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinə "Nəzarət altında yaşama" rejiminin pozulmasına görə xarici vətəndaşların məsuliyyətinin müəyyənləşdirilməsi baxımından müvafiq dəyişikliklərin edilməsi məsələsi də nəzərdən keçirilir.
Eləcə də oxuyun:
* Rusiyada əmək miqrantları məhkumlarla əvəz oluna bilər
* Miqrantlar İspaniya sahillərində - FOTOLAR
* Rusiyada yaşayan həmyerlilərimiz də güzəştlərdən yararlana biləcəklər