Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov: ABŞ Suriyanın bir hissəsini qoparmaq istəyir

© Sputnik / Vitaly Belousov / Mediabanka keçidМинистр иностранных дел РФ Сергей Лавров на пресс-конференции по итогам встречи с министрами иностранных дел прикаспийских государств
Министр иностранных дел РФ Сергей Лавров на пресс-конференции по итогам встречи с министрами иностранных дел прикаспийских государств - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib ki, Vaşinqton Fərat çayının şərq sahilindəki əraziləri ayırmağa çalışır və orada kvazi dövlət yaratmaq üçün hər şeyi edir.

BAKI, 13 noyabr — Sputnik. Vaşinqton Fərat çayının şərq sahilindəki əraziləri ayırmağa çalışır və orada kvazi dövlət yaratmaq üçün hər şeyi edir. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ötən gün Paris Sülh Forumunda deyib.

"ABŞ, Suriyanın bu hissəsini ayırmaq və orada yerləşən neft yataqlarına nəzarət etmək niyyəti ilə Suriyadakı demokratik qüvvələrə, kürdlərə - xalqın özünümüdafiə dəstələrinə və digərlərinə əsaslanan yerli idarəetmə orqanı yaratmaq üçün Körfəz ölkələrindən böyük sərmayələr istəyib", - deyə nazir bildirib.

Дым над сирийским городом Таль Абьяд - Sputnik Azərbaycan
Suriyada PKK dinc əhalini qırır - VİDEO

Lavrov həmçinin qeyd edib ki, Birləşmiş Ştatlar müttəfiqlərə rəsmi Dəməşqin nəzarətində olan Suriyanın yenidən qurulması layihələrini sərmayələşdirməyi qadağan edib.

"Biz Suriya hökuməti ilə birlikdə hər kəsi qaçqınların geri qaytarılması üçün infrastrukturun modernləşdirilməsinə şərait yaratmağa dəvət edirik və ölkənin normal vəziyyətə qayıda bilməsinə dəstək veririk", - deyə XİN başçısı bildirib.

Lavrov bu günlərdə bəyan edib ki, ABŞ-ın Suriyanı talan etmək və neft yataqlarını öz nəzarətinə götürmək cəhdləri qanunaziddir və yaxşı heç nə vəd etmir.

Suriyada vəziyyət

Президент США Дональд Трамп - Sputnik Azərbaycan
Tramp yenə fikrini dəyişdi – Suriyada genişmiqyaslı hərbi missiya başlayır

Suriyada hərbi münaqişə artıq səkkiz ildən çoxdur uzanır. Vəziyyət oktyabrın əvvəlində, Türkiyə kürd qoşunlarına qarşı yönəldilən "Sülh bulağı" əməliyyatına başladığını elan etdikdə kəskinləşib. Vaşinqton da öz növbəsində Ankaranın hərbi əməliyyatlarında iştirakdan imtina edib və qoşunlarını geri çəkdiyini bəyan edib.

Lakin tezliklə Donald Tramp, ordunun bir hissəsinin "nefti" "İslam Dövləti" yaraqlılarından "qorumaq" üçün qalacağını bildirib. Çünki əvvəllər Suriyanın şimalından hasil edilən neft onların gəlirlərinin əsas mənbəyi idi. Onun sözlərinə görə, "bəlkə də kürdlərin bu neft regionuna köçməsinin vaxtı çatıb", çünki "onların pula ehtiyacı var."

Pentaqonun nümayəndəsi Ret Hoffman isə deyib ki, Suriya neftindən qazanc amerikalılara deyil, kürdlərə gəlir.

Moskva və Ankaranın razılaşmaları

ABŞ-la əldə etdiyi razılaşmaya əsasən Ankara Suriyanın şərqindəki hərbi əməliyyatları dayandırıb ki, kürdlər sərhəddəki 30 kilometrlik bufer zonadan öz birləşmələrini geri çəkə bilsinlər.

22 oktyabrda Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan altı saatlıq danışıqlar aparıblar, bunun ardınca on bəndlik Anlaşma Memorandumu imzalanıb.

Çavuşoğlu və Pompeo - Sputnik Azərbaycan
Çavuşoğlu və Pompeo Suriyanı müzakirə etdilər

Sənəd, Rusiya hərb polisinin və Suriya sərhəd xidmətinin "Sülh bulağı" əməliyyatı zonası xaricində Suriya tərəfinin Türkiyə ilə sərhəddən çıxmasını təmin edir. Bu, kürd qoşunlarının və silahlarının Suriya-Türkiyə sərhədindən 30 kilometr aralıya çəkilməsinə yardım etməyi, həmçinin birgə patrul hərəkətlərini həyata keçirməyi ehtiva edir.

Daha sonra Rusiyanın Müdafiə Naziri Sergey Şoyqu kürdlərin təhlükəsizlik zonasından təcili surətdə çıxacağını bildirib. Türkiyə-Rusiya nəzarət marşrutu üzrə kəşfiyyat uçuşları və minalardan təmizləmə əməliyyatları həyata keçirilir.

Xəbər lenti
0