Tramp yenə fikrini dəyişdi – Suriyada genişmiqyaslı hərbi missiya başlayır

© REUTERS / Yuri GripasПрезидент США Дональд Трамп
Президент США Дональд Трамп - Sputnik Azərbaycan
Abunə olmaq
Neft obyektlərinə təhlükə yarandığı halda ABŞ-ın Suriya, Rusiya və digər ölkələrin hərbi qüvvələrinə zərbə endirib-endirməyəcəyi sual altında qalır

BAKI, 6 noyabr — Sputnik. ABŞ Prezidenti Donald Tramp Suriyanın şərqindəki neft yataqlarının təhlükəsizliyinin təmin edilməsi üçün genişmiqyaslı hərbi missiyanın həyata keçirilməsi planını təsdiqləyib. Sputnik Azərbaycan xəbər verir ki, bunu "Associated Press" agentliyinə məlumatlı mənbələr deyiblər.

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Ərdoğan Putinə zəng etdi, Suriya məsələsində razılığa gəldilər

Agentlik bildirib ki, bu qərar ortaya bir sıra "qəliz hüquqi məsələləri" çıxarır. Belə ki, neft obyektlərinə təhlükə yarandığı halda ABŞ-ın Suriya, Rusiya və digər ölkələrin hərbi qüvvələrinə zərbə endirib-endirməyəcəyi sual altında qalır.

Həmçinin qeyd olunur ki, bu qərara uyğun olaraq yüzlərlə Amerika əsgəri Suriyada xidmət çəkməli olacaq.

Trampın əmri Suriyada xidmət çəkən 1,200-dən çox ABŞ əsgərinin böyük hissəsinin tezliklə evə qayıdacağına dair gözləntilərin üzərindən xətt çəkir. Qeyd edək ki, ABŞ prezidenti özü də dəfələrlə əsgərlərin evlərinə qayıdacaqlarını vəd edib.

Mənbələrin dediyinə görə, Suriyada ən azı 800 hərbçi qala bilər. Onlardan 200 əsgərin Ət-Tanf bazasında xidmət çəkəcəyi gözlənilir.

Yeni plana əsasən ABŞ hərbçiləri Deyr əz-Zordan Əl-Hasakiyə qədər olan ərazini böyük bir hissəsini müdafiə edəcəklər. Hazırda bu əraziyə kürdlər nəzarət edirlər.

Xəbər lenti
0