Çavuşoğlu və Pompeo Suriyanı müzakirə etdilər

© AP Photo / Cliff OwenÇavuşoğlu və Pompeo
Çavuşoğlu və Pompeo - Sputnik Azərbaycan
Abunə olmaq
Çavuşoğlunun fikrincə, Birləşmiş Ştatlar "Sülh bulağı" əməliyyatı keçirməklə Vaşinqtonun planını pozduğuna görə Türkiyəni cəzalandırır

BAKI, 1 noyabr — Sputnik. Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeo ilə telefonla danışıb. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.

Məlumata əsasən, Çavuşoğlu və onun amerikalı həmkarı Pompeo danışıqlar zamanı ABŞ Nümayəndələr Palatası tərəfindən qəbul olunan qanun layihələrini və Suriyadakı vəziyyəti müzakirə ediblər.

Qeyd edək ki, daha əvvəl Mövlud Çavuşoğlu Nümayəndələr Palatasının "erməni soyqırımı"nın tanınması ilə bağlı qərarını kəskin şəkildə tənqid edib.

Çavuşoğlunun fikrincə, Birləşmiş Ştatlar bu yolla "Sülh bulağı" əməliyyatı keçirməklə Vaşinqtonun planını pozduğuna görə Türkiyəni cəzalandırır.

 

Xəbər lenti
0