20:49 19 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.9377
Sergey Lavrov

Rusiyadan ABŞ-a internet tənqidi

© Sputnik / Murad Orujov
RUSİYA
Qısa URL
30 0 0

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ və digər Qərb ölkələrinin Rusiyaya qarşı hərbi planlarından xəbərdar olduqlarını bildirib

BAKI, 30 iyul — Sputnik. Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ və digər Qərb ölkələrinin Rusiyaya qarşı hərbi planlarından xəbərdar olduqlarını bildirib.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, rusiyalı nazir ABŞ-ın başqa ölkələri Rusiya silahlarını almaqdan imtina etməyə məcbur etməsini qeyri-müəyyənliyə, böhrana sürüklədiyini söyləyib.

O, bildirib ki, Vaşinqton açıq şəkildə Türkiyə, İndoneziya və Hindistana Rusiya silahlarının satışı ilə bağlı müqavilələrdən imtina edilməsini istəyir. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
© Foto : Cem Oksuz / Presidential Palace / Handout via REUTERS

Lavrov diplomatiya və dialoq mədəniyyətinin yerini ultimatum və təzyiq mədəniyyətinin almasının böhran yaratdığını da vurğulayıb.

O, yeni bir dünya nizamının formalaşmasında Birləşmiş Millətlərin (BMT) xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib.

Rusiyalı nazir ABŞ-ın BMT-nin kiber aləmdə məsuliyyətli davranış qaydalarını inkişaf etdirməsinin qarşısını aldığını vurğulayıb: "Uzun zamandır BMT-yə kiber aləmdə məsuliyyətli davranış qaydalarının inkişaf etdirilməsini təklif edirik. Bu sahədə müəyyən qaydalar yoxdur. Buna qarşı çıxan ölkə isə ABŞ-dır. Bu təəccüblü deyil, çünki ABŞ internet idarəçiliyində ümumi mənada hakim bir mövqedədir".

Əlaqədar

Ərdoğandan ABŞ-a qarşı gözlənilməz gediş - Yeni düzən qurula bilər
Ərdoğan bir daha ABŞ-ın planlarına qarşı gedəcəyini bəyan edib
ABŞ hərbçiləri yeni filmdə "Rusiya prezidenti"ni xilas edəcək – VİDEO
Putin ABŞ-ın ən böyük strateji səhvini açıqladı
Politoloq: "Türkiyə bilir ki, ABŞ-ın İrana qarşı qeyri-obyektiv yanaşması var"
ABŞ prezidentinin ulduzu sındırıldı

Əsas mövzular