Ərdoğandan ABŞ-a qarşı gözlənilməz gediş - Yeni düzən qurula bilər

© Photo : Cem Oksuz / Presidential Palace / Handout via REUTERSTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan /
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan / - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə prezidenti: "Mən istəyərdim ki, onlar bizim quruma üzv olmağımız üçün addımlar atsın"

BAKI, 30 iyul — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BRİCS-ə üzv ölkələri Türkiyənin təşkilata üzv olmasına imkan verməyə çağırıb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

Ərdoğan qeyd edib ki, əgər alyans Türkiyəni tərkibinə qəbul etsə, onda blok BRİCST adlanacaq. O, həmçinin alyans üzvlərinin onun təklifini müsbət qarşıladığını vurğulayıb.

"Biz bu ölkələrlə G20-yə üzvük. Mən istəyərdim ki, onlar bizim quruma üzv olmağımız üçün addımlar atsın" — deyə Ərdoğan vurğulayıb.

Qeyd edək ki, hazırda BRİCS-ə 5 ölkə daxildir: Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası. Qurumun ilk sammiti 2009-cu ilin iyununda baş tutub.

Xəbər lenti
0