Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Milyarderin Jirinovskiyə hədiyyə etdiyi maşın xarab olub

© Photo : Gazeta.ruVladimir Jirinovski
Vladimir Jirinovski - Sputnik Azərbaycan
Abunə olmaq
Bu maşının göyü Jirinovskidə, qırmızısı Putində, ağı Proxorovda, qarası isə yaradıcısındadır

BAKI, 31 yan-Sputnik. Vladimir Jirinovskinin "E-mobil"i xarab olub.

Sputnik-in xarici mediaya istinadla verdiyi məlumata görə, RLDP-nin lideri bunu Dövlət Dumasında gənclərlə keçirdiyi görüşdə deyib.

RLDP-nin lideri Vladimir Jirinpovski - Sputnik Azərbaycan
RUSİYA
Jirinovski razıdır, müxalifət narazı
O bildirib ki, biznesmen Mixail Proxorov maşını ona hədiyyə edib. "O istifadəsiz qalıb. Avtomobil təzədir, yaxşıdır, amma akkumulyatoru yatıb" — siyasətçi bildirib.  

Xatırladaq ki, Mixail Proxorov "E-mobil"i Jirinovskiyə hələ 2012-ci ildə prezident seçkiləri kampaniyası dövründə debatlar zamanı hədiyyə edəcəyinə söz verib. Bu elektriklə işləyən hibrid avtomobil olmalı idi.

İki ildən sonra — 2014-cü ilin dekabrında RLDP lideri ekzotik "E-mobil"in sükanı arxasında oturub. Bu bahalı hədiyyə Jirinovskiyə elektromobilin istehsalı ilə bağlı layihənin rəsmən icrasına başlanmasından 8 ay sonra təqdim olunub.

Ölkədə iqtisadi vəziyyətin ağırlaşması ilə əlaqədar olaraq avtomobil bazarında 20% itkilər başlayıb və maşın istehsal etmək Mixail Proxorov üçün əlverişli olmayıb.

Qeyd edək ki, o, cəmi 4 ədəd "E-mobil" istehsal etməyə nail olub. O maşınlar Minskdə yığılıb. Göy rəndə olan maşın Jirinovskiyə verilib, qırmızı rəngdə olanı isə hədiyyə olaraq Vladimir Putinin qarajına göndərilib, ağ rəngdə olanı Proxorov özünə saxlayıb, qarası isə maşının yaradıcısında qalıb.

Xəbər lenti
0