BAKI, 31 yan-Sputnik. Vladimir Jirinovskinin "E-mobil"i xarab olub.
Sputnik-in xarici mediaya istinadla verdiyi məlumata görə, RLDP-nin lideri bunu Dövlət Dumasında gənclərlə keçirdiyi görüşdə deyib.
Xatırladaq ki, Mixail Proxorov "E-mobil"i Jirinovskiyə hələ 2012-ci ildə prezident seçkiləri kampaniyası dövründə debatlar zamanı hədiyyə edəcəyinə söz verib. Bu elektriklə işləyən hibrid avtomobil olmalı idi.
İki ildən sonra — 2014-cü ilin dekabrında RLDP lideri ekzotik "E-mobil"in sükanı arxasında oturub. Bu bahalı hədiyyə Jirinovskiyə elektromobilin istehsalı ilə bağlı layihənin rəsmən icrasına başlanmasından 8 ay sonra təqdim olunub.
Ölkədə iqtisadi vəziyyətin ağırlaşması ilə əlaqədar olaraq avtomobil bazarında 20% itkilər başlayıb və maşın istehsal etmək Mixail Proxorov üçün əlverişli olmayıb.
Qeyd edək ki, o, cəmi 4 ədəd "E-mobil" istehsal etməyə nail olub. O maşınlar Minskdə yığılıb. Göy rəndə olan maşın Jirinovskiyə verilib, qırmızı rəngdə olanı isə hədiyyə olaraq Vladimir Putinin qarajına göndərilib, ağ rəngdə olanı Proxorov özünə saxlayıb, qarası isə maşının yaradıcısında qalıb.