19:44 23 İyul 2018
Canlı yayım
  • RUB0.0268
  • USD1.7000
  • EUR1.9947
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və İran xarici işlər naziri Cavad Zərif

Suriya böhranına dair ortaq bəyannamə qəbul edildi

© Sputnik / Maksim Blinov
RUSİYA
Qısa URL
237 0 0

Türkiyə, Rusiya və İran Suriya ilə bağlı ortaq bəyannamə qəbul edib

BAKI, 21 dek — Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İran xarici işlər naziri Cavad Zərifin Moskvadakı üçtərəfli görüşündən sonra mətbuat konfransı keçirilib. Konfransda Suriyadakı vəziyyətə dair qəbul olunan ortaq bəyannamə oxunub.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu
© AP Photo / Mikhail Metzel

Sputnik Haberturk-ə istinadən xəbər verir ki, Türkiyə, Rusiya və İranın, Suriyanın ərazi bütövlüyünə, suverenliyinə, müstəqilliyinə hörmətinin dilə gətirildiyi bəyannamə mətnində üç ölkənin də Suriya probleminin hərbi yolla həll olunmayacağında həmfikir olduğu qeyd olunur. Bəyannamədə, Suriyadakı problemin həllində BMT Təhlükəsizlik Şurasının 2254 saylı qərarı əsasında ortaya qoyduğu səylərin əhəmiyyəti vurğulanır.

Sənədd, həmçinin beynəlxalq ictimaiyyətə, bu görüşdə əldə olunan razılıqların qarşısındakı maneələrin qaldırılması üçün xoş məram nümayiş etdirməsi üçün çağırış edilir. Tərəflərin BMT TŞ-nin 2254 saylı qərarı əsasında, Suriyada siyasi həllin qaldığı yerdən davamı üçün lazımi şəraitin yaradılması məsələsində razılıq əldə etdikləri ifadə olunur.

Ortaq bəyənnamədə Beynəlxalq Qırmızı Xaç Komitəsinə və Ümumdünya Səhiyyə Təşkilatına də təxliyə prosesindəki yardımlarına görə təşəkkür edilir.

Əlaqədar

Türk ordusu Suriyada daha bir şəhid verdi
"Suriyanın bərpası üçün 180 milyard dollar lazımdır"
Suriyada daha 2 türk əsgəri şəhid oldu
Ankara Rusiya ilə Suriya müxalifəti arasında vasitəçilik edir
Suriyada türk ordusuna hücum edildi
Rusiyalı deputatdan mühüm açıqlama: "İraq və Suriyanın şimalı türk torpaqlarıdır"
Teqlər:
İran, Suriya, BMT, Mövlud Çavuşoğlu, Sergey Lavrov, Cavad Zərif, Rusiya, Türkiyə, nazir, bəyannamə

Əsas mövzular