BAKI, 21 dek — Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İran xarici işlər naziri Cavad Zərifin Moskvadakı üçtərəfli görüşündən sonra mətbuat konfransı keçirilib. Konfransda Suriyadakı vəziyyətə dair qəbul olunan ortaq bəyannamə oxunub.
Sputnik Haberturk-ə istinadən xəbər verir ki, Türkiyə, Rusiya və İranın, Suriyanın ərazi bütövlüyünə, suverenliyinə, müstəqilliyinə hörmətinin dilə gətirildiyi bəyannamə mətnində üç ölkənin də Suriya probleminin hərbi yolla həll olunmayacağında həmfikir olduğu qeyd olunur. Bəyannamədə, Suriyadakı problemin həllində BMT Təhlükəsizlik Şurasının 2254 saylı qərarı əsasında ortaya qoyduğu səylərin əhəmiyyəti vurğulanır.
Sənədd, həmçinin beynəlxalq ictimaiyyətə, bu görüşdə əldə olunan razılıqların qarşısındakı maneələrin qaldırılması üçün xoş məram nümayiş etdirməsi üçün çağırış edilir. Tərəflərin BMT TŞ-nin 2254 saylı qərarı əsasında, Suriyada siyasi həllin qaldığı yerdən davamı üçün lazımi şəraitin yaradılması məsələsində razılıq əldə etdikləri ifadə olunur.
Ortaq bəyənnamədə Beynəlxalq Qırmızı Xaç Komitəsinə və Ümumdünya Səhiyyə Təşkilatına də təxliyə prosesindəki yardımlarına görə təşəkkür edilir.