BAKI, 18 dek — Sputnik. Rusiya, İran və Türkiyənin xarici işlər nazirlərinin Moskvada gözlənilən görüşü dekabrın 20-nə təyin olunub. "Report" xəbər verir ki, bu barədə İranın xarici siyasət idarəsi məlumat yayıb.
Bundan əvvəl görüşün dekabrın 27-si keçiriləcəyi bildirilmişdi. Üçlüyün bir araya gəlməsi, Suriyanın Hələb şəhərində yaşanan qətliamlardan dolayıdır.