10:48 11 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
814520

Norbert Rettgen: "Nəticələrin olmaması və ağır hərbi cinayətlərə sanksiyalarla cavab verilməməsi böyük qalmaqal yaradar"

BAKI, 7 okt — Sputnik. Bundestaqın xarici siyasət komitəsinin rəhbəri Norbert Rettgen bəyan edib ki, Almaniya Suriyadakı situasiya ilə əlaqədar olaraq, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırdır. Sputnik RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə siyasətçi Süddeutsche Zeitung-a müsahibəsində deyib.

Rettgen əmin olduğunu bildirib ki, Moskva Suriyada baş verənlərin bədəlini ödəməlidir: "Nəticələrin olmaması və ağır hərbi cinayətlərə sanksiyalarla cavab verilməməsi böyük qalmaqal yaradardı".

Bununla belə, Rettgen digər Avropa ölkələrinin hakimiyyətlərinin ünvanına sərt ifadələr də işlədib. Deyib ki, "onlar şeyləri öz adı ilə çağırmağı arzu etmirlər" və "Rusiyaya qarşı lazımi tədbirlər görmürlər".

Daha əvvəl "The Wall Street Journal" federal hakimiyyətə yaxın mənbəyə istinadla yazmışdı ki, AFR kansleri Angela Merkelin nazirlər kabineti Moskvanın Suriyada keçirdiyi əməliyyatlara cavab olaraq yeni sanksiyalar tətbiq etməyi planlaşdırır.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Kreml ona qarşı hər hansı məhdudiyyətlərin qoyulması üçün əsas görmür: "Çünki Rusiya yeganə dövlətdir ki, onun silahlı qüvvələri Suriyaya qanuni əsaslarla daxil olub".

Əlaqədar

ABŞ Rusiyanı növbəti sanksiyalarla hədələdi
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirir
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı
Putin əmr verdi: "Türkiyəyə qarşı tətbiq olunmuş sanksiyalar aradan qaldırılsın!"
ABŞ bu ölkəyə sanksiyaları uzadır
Rusiyaya qarşı sanksiyalar barədə ABŞ və Avropanın mövqeləri ayrıdır
Avropa İttifaqı Rusiya əleyhinə sanksiyaların müddətini artıracaq
Teqlər:
Norbert Rettgen, Bundestaq, Angela Merkel, sanksiya, Dmitri Peskov, Suriya, Moskva, Almaniya

Əsas mövzular