Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Almaniyada Rusiya əleyhinə yeni sanksiyalar müzakirəyə çıxarıldı

© AP Photo / Markus SchreiberReyxstaq
Reyxstaq - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda erkən mərhələdə olan dialoq iqtisadi xarakterli tədbirlərin məhdudlaşdırılması ilə bağlıdır

BAKI, 6 okt — Sputnik. Almaniya Federativ (AFR) hökuməti yeni mümkün anti-Rusiya sanksiyalarını müzakirə edir. Sputnik RİA-Novosti-yə istinadla xəbər verir ki, bunu sözügedən diskussiyaların gedişindən xəbərdar olan mənbə "The Wall Street Journal"a deyib.

Nəşrin verdiyi məlumata görə, məhdudiyyətlər Moskvanın Suriyadakı siyasəti ilə bağlıdır. Mənbənin sözlərinə görə, hazırda erkən mərhələdə olan dialoq iqtisadi xarakterli tədbirlərin məhdudlaşdırılması ilə bağlıdır. Hələlik aydın deyil ki, bu təşəbbüsü kansler Angela Merkelin Xristian-Demokrat İttifaqının hakim koalisiyadakı tərəfdaşı sosial-demokratlar dəstəkləyəcək, ya yox.

Almaniya XİN-in rəsmi nümayəndəsi ötən gün keçirdiyi mətbuat konfransında Rusiyaya qarşı sanksiyalara dair verilən sualı belə cavablandırıb: "Hazırkı məqamda mən bu təklifin Berlindən, yaxud da başqa yerdən, kim tərəfindən verildiyini bilmirəm".

AFR hökumətinin alman-rus ictimaiyyətlərarası əməkdaşlıq üzrə səlahiyyətli nümayəndəsi Hernot Erler "ZDFheute.de" telekenalının xəbər portalına bildirib ki, bu mövzu ilə bağlı artıq ilkin fikirlər mövcuddur: "Sanksiyalar siyasətinin Ukrayna münaqişəsində olduğu kimi həyata keçirilməsi ürəkaçan olmadığı kimi onun təkrarlanması da məqbul deyil".

Berlin 2014-cü ilin yayında Ukraynada baş verən hadisələrlə əlaqədar olaraq Avropa dövlətlərinin sanksiyalarına qoşulmuşdu. Qərbin bu məhdudiyyətləri aradan qaldırması üçün Donbasda situasiyanın nizamlanmasına dair Minsk razılaşmasının şərtlərinə əməl edilməsi qeyd olunurdu.

Razılaşmaya görə, Kiyev 2015-ci ilin sonuna qədər Konstitusiya islahatlarını həyata keçirməli idi. İslahatların əsas elementləri isə ondan ibarət olmalıydı ki, Donetsk və Luqansk rayonlarının xüsusi statusu ilə bağlı qanunların qəbul olunması yolu ilə mərkəzləşmədən əl çəkilməlidir. Lakin Ukrayna hökuməti indiyə qədər razılaşmanın bu hissəsini yerinə yetirməyib.

Kreml Qərbin Minsk anlaşmasının reallaşmaması ilə bağlı Rusiyaya qarşı sanksiyalar tətbiq etməsini absurd hesab edir. Rusiya hesab edir ki, o, münaqişə tərəfi və Ukraynada nizamlanma prosesinin subyekti deyil.

Xəbər lenti
0