19:29 27 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9932
  • RUB0.0234

İdman şərhçisi Azərbaycan millisinin Portuqaliya qarşısında şansını açıqladı

RADİO
Qısa URL
17 0 0

İdman şərhçisi Sənan Şəfizadə deyir ki, Portuqaliya millisinin ehtiyat oyunçular heyəti belə Azərbaycan millisinin əsas oyunçularından güclüdür

Sənan Şəfizadə: “Canni de Byazi zarafat etmək istəyib”

Futbol üzrə Azərbaycan millisi 2022-ci il Dünya çempionatının seçmə mərhələsinin “A” qrupunda üçüncü yer uğrunda mübarizə aparacaq. Bu sözləri milli komandamızın baş məşqçisi Canni de Byazi oyundan əvvəlki mətbuat konfransında deyib.

İdman şərhçisi Sənan Şəfizadə Sputnik Azərbaycan-a deyir ki, Canni de Byazi bu açıqlama ilə zarafat etmək istəyib: “Azərbaycan millisi ən yaxşı halda sonuncu olmamaq uğrunda mübarizə apara bilər. Oyuna gəldikdə isə onu deyə bilərəm ki, Portuqaliya millisinin ehtiyat oyunçular heyəti belə Azərbaycan millisinin əsas oyunçularından güclüdür. Məncə, Portuqaliya millisi Azərbycanla oyunu ciddiyə almayacaq. Bəlkə bu səbəbdən Azərbaycan millisi ən yaxşı halda heç-heçə edə bilər. Azərbaycan millisindən başqa surpriz gözləmək real deyil”.

Qeyd edək ki, futbol üzrə Azərbaycan millisi 2022-ci il dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.

Sənan Şəfizadənin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular