https://sputnik.az/20210827/Azrbaycanda-kriptovalyuta-sahsind-hans-ilr-grlr--millt-vkili-aqlayr-427790701.html
Azərbaycanda kriptovalyuta sahəsində hansı işlər görülür? – millət vəkili açıqlayır
Azərbaycanda kriptovalyuta sahəsində hansı işlər görülür? – millət vəkili açıqlayır
Sputnik Azərbaycan
Milli Məclisin deputatı Tahir Mirkişili deyib ki, aparılan təhlillər müsbət nəticələr verərsə, eyni zamanda ümumdünya üzrə bu məsələdə vahid yanaşma olarsa... 27.08.2021, Sputnik Azərbaycan
2021-08-27T17:00+0400
2021-08-27T17:00+0400
2021-11-17T00:02+0400
radio
multimedia
iqtisadiyyat
xəbərlər
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/41996/59/419965960_0:0:2000:1125_1920x0_80_0_0_784a4c01497e84d355b76cde0dce63c0.jpg
Tahir Mirkişili: “Bu məsələdə ehtiyatlı yanaşma siyasəti sərgilənir”
Sputnik Azərbaycan
Tahir Mirkişili: “Bu məsələdə ehtiyatlı yanaşma siyasəti sərgilənir”
Qırğızıstanın maliyyə bazarlarına nəzarət və tənzimlənməsi üzrə dövlət xidməti kriptovalyuta birjalarının tənzimlənməsi qaydalarına dair layihə hazırlayıb. Sənəd ticarət platformalarının statusunu, funksiyalarını, hüquq və vəzifələrini, həmçinin onların vahid dövlət reyestrində məcburi qeydiyyatına dair tələbləri müəyyən edir.Bəs Azərbaycanda bununla bağlı hansı işlər görülür?Mövzu ilə bağlı Sputnik Azərbaycan-a danışan Milli Məclisin deputatı Tahir Mirkişili deyib ki, Mərkəzi Bankda bu istimqamətdə mərkəz yaradılıb: “Xüsusən bu texnologiyaların araşdırılması, təhlil edilməsi və tətbiq edilməsi ilə bağlı müəyyən işlər görülür. Dövlət proqramlarında da rəqəmsal valyutaların tətbiq edilməsi və tənzimlənməsi üçün gələcək tədbirlərin görülməsi ilə bağlı ümumi istiqamətlər də mövcuddur. Amma kriptovalyuta ilə bağlı bütün dünya üzrə hazırda vahid fikir yoxdur. Bu gün mövcud olan kriptovalyutaların arxasında hər hansı dövlət orqanı dayanmır. Ona görə də bu məsələdə ehtiyatlı yanaşma siyasəti sərgilənir. Aparılan təhlillər müsbət nəticələr verərsə, eyni zamanda ümumdünya üzrə bu məsələdə vahid yanaşma olarsa, qanunvericilikdə bununla bağlı müvafiq dəyişikliklər ediləcək”.Tahir Mirkişilinin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41996/59/419965960_214:0:1987:1330_1920x0_80_0_0_e758ce1c295074890e9d9d3040dd7bba.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
radio, multimedia, xəbərlər, azərbaycan
radio, multimedia, xəbərlər, azərbaycan
Azərbaycanda kriptovalyuta sahəsində hansı işlər görülür? – millət vəkili açıqlayır
17:00 27.08.2021 (Yenilənib: 00:02 17.11.2021) Milli Məclisin deputatı Tahir Mirkişili deyib ki, aparılan təhlillər müsbət nəticələr verərsə, eyni zamanda ümumdünya üzrə bu məsələdə vahid yanaşma olarsa, qanunvericilikdə bununla bağlı müvafiq dəyişikliklər ediləcək
Qırğızıstanın maliyyə bazarlarına nəzarət və tənzimlənməsi üzrə dövlət xidməti kriptovalyuta birjalarının tənzimlənməsi qaydalarına dair layihə hazırlayıb. Sənəd ticarət platformalarının statusunu, funksiyalarını, hüquq və vəzifələrini, həmçinin onların vahid dövlət reyestrində məcburi qeydiyyatına dair tələbləri müəyyən edir.
Bəs Azərbaycanda bununla bağlı hansı işlər görülür?
Mövzu ilə bağlı
Sputnik Azərbaycan-a danışan Milli Məclisin deputatı Tahir Mirkişili deyib ki, Mərkəzi Bankda bu istimqamətdə mərkəz yaradılıb: “Xüsusən bu texnologiyaların araşdırılması, təhlil edilməsi və tətbiq edilməsi ilə bağlı müəyyən işlər görülür. Dövlət proqramlarında da rəqəmsal valyutaların tətbiq edilməsi və tənzimlənməsi üçün gələcək tədbirlərin görülməsi ilə bağlı ümumi istiqamətlər də mövcuddur. Amma kriptovalyuta ilə bağlı bütün dünya üzrə hazırda vahid fikir yoxdur. Bu gün mövcud olan kriptovalyutaların arxasında hər hansı dövlət orqanı dayanmır. Ona görə də bu məsələdə ehtiyatlı yanaşma siyasəti sərgilənir. Aparılan təhlillər müsbət nəticələr verərsə, eyni zamanda ümumdünya üzrə bu məsələdə vahid yanaşma olarsa, qanunvericilikdə bununla bağlı müvafiq dəyişikliklər ediləcək”.
Tahir Mirkişilinin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz