https://sputnik.az/20210816/AQTA-rsmisi-gr--tsrrfat-yoluxubsa-artq-onu-salamladrmaq-ox-tindir-427711719.html
AQTA rəsmisi: “Əgər təsərrüfat yoluxubsa, artıq onu sağlamlaşdırmaq çox çətindir”
AQTA rəsmisi: “Əgər təsərrüfat yoluxubsa, artıq onu sağlamlaşdırmaq çox çətindir”
Sputnik Azərbaycan
AQTA-nın ictimaiyyətlə əlaqələr sektorunun müdiri Aysel Fərziyeva deyib ki, qonur qırışıqlıq virusu idxal olunan pomidor və bibər toxumları vasitəsilə daha... 16.08.2021, Sputnik Azərbaycan
2021-08-16T17:00+0400
2021-08-16T17:00+0400
2021-11-17T00:01+0400
radio
multimedia
xəbərlər
cəmiyyət
iqtisadiyyat
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/41863/13/418631336_0:32:1080:643_1920x0_80_0_0_ac21c6228625c5a9ed5b9e4a59b6fba7.jpg
Aysel Fərziyeva: “Bu viruslar insan orqanizmi üçün təhlükəli deyil”
Sputnik Azərbaycan
Aysel Fərziyeva: “Bu viruslar insan orqanizmi üçün təhlükəli deyil”
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) dünyada yayılan pomidor meyvələrinin qonur qırışıqlıq virusu ilə mübarizə üsullarını açıqlayıb.AQTA-nın ictimaiyyətlə əlaqələr sektorunun müdiri Aysel Fərziyeva Sputnik Azərbaycan-a deyib ki, hazırda dünyanın müxtəlif ölkələrində qonur qırışıqlıq və pepino mozaik virusu geniş şəkildə yayılır: “Bu viruslar insan orqanizmi üçün təhlükəli deyil, əsasən pomidora zərər vurur. Amma badımcan, bibər, tütün kimi bitki məhsullarına da zərər vurmaq potensialına malikdirlər. Hətta kənd təsərrüfatına vurduğu zərər 40-80 faiz həcmində ölçülür. Məhsulun əmtəəlik keyfiyyətini aşağı salan virus, təsərrüfatda sürətlə yayılmaq qabiliyyətinə malikdir.Aysel Fərziyeva bildirib ki, virus əsasən toxum, torpaq, alaq otları vasitəsilə yayılır: “Xüsusən də qonur qırışıqlıq virusu idxal olunan pomidor və bibər toxumları vasitəsilə daha geniş areala yayılır. Virusla mübarizə haqqında danışarkən deməliyik ki, burada məlum kimyəvi maddələrin istifadəsi təsirsizdir. Əgər təsərrüfat yoluxubsa, artıq onu sağlamlaşdırmaq çox çətindir. AQTA bu ilin martından etibarən təsərrüfatlarda mütəmadi monitorinqlər aparır. İndiyə qədər ölkəmizin ərazisindəki təsərrüfatlarda sözügedən viruslara rast gəlinməyib”.Aysel Fərziyevanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41863/13/418631336_0:0:1080:679_1920x0_80_0_0_94de86c727cb0709026f7123bb92c539.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
radio, multimedia, xəbərlər, azərbaycan
radio, multimedia, xəbərlər, azərbaycan
AQTA rəsmisi: “Əgər təsərrüfat yoluxubsa, artıq onu sağlamlaşdırmaq çox çətindir”
17:00 16.08.2021 (Yenilənib: 00:01 17.11.2021) AQTA-nın ictimaiyyətlə əlaqələr sektorunun müdiri Aysel Fərziyeva deyib ki, qonur qırışıqlıq virusu idxal olunan pomidor və bibər toxumları vasitəsilə daha geniş areala yayılır
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) dünyada yayılan pomidor meyvələrinin qonur qırışıqlıq virusu ilə mübarizə üsullarını açıqlayıb.
AQTA-nın ictimaiyyətlə əlaqələr sektorunun müdiri Aysel Fərziyeva
Sputnik Azərbaycan-a deyib ki, hazırda dünyanın müxtəlif ölkələrində qonur qırışıqlıq və pepino mozaik virusu geniş şəkildə yayılır: “Bu viruslar insan orqanizmi üçün təhlükəli deyil, əsasən pomidora zərər vurur. Amma badımcan, bibər, tütün kimi bitki məhsullarına da zərər vurmaq potensialına malikdirlər. Hətta kənd təsərrüfatına vurduğu zərər 40-80 faiz həcmində ölçülür. Məhsulun əmtəəlik keyfiyyətini aşağı salan virus, təsərrüfatda sürətlə yayılmaq qabiliyyətinə malikdir.
Aysel Fərziyeva bildirib ki, virus əsasən toxum, torpaq, alaq otları vasitəsilə yayılır: “Xüsusən də qonur qırışıqlıq virusu idxal olunan pomidor və bibər toxumları vasitəsilə daha geniş areala yayılır. Virusla mübarizə haqqında danışarkən deməliyik ki, burada məlum kimyəvi maddələrin istifadəsi təsirsizdir. Əgər təsərrüfat yoluxubsa, artıq onu sağlamlaşdırmaq çox çətindir. AQTA bu ilin martından etibarən təsərrüfatlarda mütəmadi monitorinqlər aparır. İndiyə qədər ölkəmizin ərazisindəki təsərrüfatlarda sözügedən viruslara rast gəlinməyib”.
Aysel Fərziyevanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz