06:57 17 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0077
  • RUB0.0235

“Neftçi” HİK-i keçə bilərmi? - Sənan Şəfizadə danışır

RADİO
Qısa URL
13 0 0

İdman şərhçisi Sənan Şəfizadə bildirib ki, Finlandiya klubu çox təhlükəlidir və evdə çox yaxşı oynayacaq

Sənan Şəfizadə: “İlk oyundakı heç-heçə üstünlüyü rəqibə verir”

Bu gün Helsinkidəki "Bolt Arena"da UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində HİK-Neftçi qarşılaşması keçiriləcək.

Sputnik Azərbaycan cavab oyununda komandamızın şansları barədə idman şərhçisi Sənan Şəfizadənin fikirlərini öyrənib.

O bildirib ki, cavab oyunu öncəsi “Neftçi” üçün şanslar bərabər qiymətləndirilsə də, birinci şansın əldən buraxılmasını nəzərə almaq lazımdır: “Rəqib komanda ilk matçda yaxşı oyun nümayiş etdirdi. Eyni zamanda bu komandanın oyunçuları fiziki cəhətdən daha hazırlıqlıdır. “Neftçi”nin heyətində üçü oyunçunu xüsusi olaraq qeyd etmək istəyirəm. Amma ilk oyunda qazanılan heç-heçə üstünlüyü rəqibə verir. Finlandiya klubu çox təhlükəlidir və evdə çox yaxşı oynayacaq”.

Sənan Şəfizadənin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

  

Əsas mövzular