Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Kənan Quluzadə: “Avropa ölkələrinin vətəndaşları Azərbaycan turizmi üçün hədəfdir”

© Sputnik / Murad OrujovВидеомост Баку-Москва на тему "Что ждет российского туриста в Азербайджане на праздник Новруз"
Видеомост Баку-Москва на тему Что ждет российского туриста в Азербайджане на праздник Новруз  - Sputnik Azərbaycan, 1920, 05.08.2021
Abunə olmaq
Dövlət Turizm Agentliyinin (DTA) mətbuat katibi Kənan Quluzadə deyir ki, pandemiyaya qarşı mübarizə aparıldıqca, vaksinasiya prosesi getdikcə dünya üzrə turizm sahəsi də yavaş-yavaş bərpa edilməyə başlayır
Kənan Quluzadə: “Biz düşünürük ki, bu coğrafiya daha da genişlənəcək”
“Azərbaycana vətəndaşlarının giriş-çıxışına icazə verilən ölkələrin siyahısının genişləndirilməsi turizmin inkişafına imkan yaradacaq".
Sputnik Azərbaycan xəbər verir ki, bunu “Report”a açıqlamasında Dövlət Turizm Agentliyinin (DTA) mətbuat katibi Kənan Quluzadə Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda etdiyi dəyişikliyi şərh edərkən deyib.
Turizm rəsmisi hesab edir ki, Avropa ölkələrinin vətəndaşları Azərbaycan turizmi üçün hədəfdir: "Son siyahı əsasən Kanada, Avstraliya və Avropa ölkələrinə aiddir. Biz düşünürük ki, bu, turizmin inkişafı üçün müəyyən imkanlar yaradacaq. İlk olaraq bu şərait Rusiya və Türkiyə vətəndaşlarına yaradılmışdı. Daha sonra bu siyahıya 7 ölkə əlavə edildi. Bura həm yaxın Şərq ölkələri, həm də Şimali Amerika ölkələri daxildir. Biz düşünürük ki, bu coğrafiya daha da genişlənəcək. Çünki Azərbaycanda həm uğurlu vaksinasiya prosesi həyata keçirilir və əhalinin çox hissəsini əhatə edir, həm də sadalanan ölkələrdə də bu məsələ var. Belə ki, pandemiyaya qarşı mübarizə aparıldıqca, vaksinasiya prosesi getdikcə dünya üzrə turizm sahəsi də yavaş-yavaş bərpa edilməyə başlayır. Tam bərpa, yəni 2019-cu ilin göstəricilərinə qayıtma optimistik yanaşma ilə 2023-cü ildə gözlənilir. Amma bir qədər uzaq zaman götürüləndə 2025-ci ildə qlobal turizm və Azərbaycan turizminin özünü bərpa edəcəyi gözlənilir”, - deyə o qeyd edib.
Kənan Quluzadənin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz
Xəbər lenti
0