https://sputnik.az/20210805/Avropa-olkelerinin-vetendaslar-Azerbaycan-turizmi-ucun-hedefdir-427626284.html
Kənan Quluzadə: “Avropa ölkələrinin vətəndaşları Azərbaycan turizmi üçün hədəfdir”
Kənan Quluzadə: “Avropa ölkələrinin vətəndaşları Azərbaycan turizmi üçün hədəfdir”
Sputnik Azərbaycan
Dövlət Turizm Agentliyinin (DTA) mətbuat katibi Kənan Quluzadə deyir ki, pandemiyaya qarşı mübarizə aparıldıqca, vaksinasiya prosesi getdikcə dünya üzrə turizm... 05.08.2021, Sputnik Azərbaycan
2021-08-05T15:16+0400
2021-08-05T15:16+0400
2021-11-17T00:00+0400
radio
multimedia
iqtisadiyyat
xəbərlər
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/41453/32/414533230_0:0:2000:1125_1920x0_80_0_0_1a07798769b71b45c588952a82771242.jpg
Kənan Quluzadə: “Biz düşünürük ki, bu coğrafiya daha da genişlənəcək”
Sputnik Azərbaycan
Kənan Quluzadə: “Biz düşünürük ki, bu coğrafiya daha da genişlənəcək”
“Azərbaycana vətəndaşlarının giriş-çıxışına icazə verilən ölkələrin siyahısının genişləndirilməsi turizmin inkişafına imkan yaradacaq".Sputnik Azərbaycan xəbər verir ki, bunu “Report”a açıqlamasında Dövlət Turizm Agentliyinin (DTA) mətbuat katibi Kənan Quluzadə Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda etdiyi dəyişikliyi şərh edərkən deyib.Turizm rəsmisi hesab edir ki, Avropa ölkələrinin vətəndaşları Azərbaycan turizmi üçün hədəfdir: "Son siyahı əsasən Kanada, Avstraliya və Avropa ölkələrinə aiddir. Biz düşünürük ki, bu, turizmin inkişafı üçün müəyyən imkanlar yaradacaq. İlk olaraq bu şərait Rusiya və Türkiyə vətəndaşlarına yaradılmışdı. Daha sonra bu siyahıya 7 ölkə əlavə edildi. Bura həm yaxın Şərq ölkələri, həm də Şimali Amerika ölkələri daxildir. Biz düşünürük ki, bu coğrafiya daha da genişlənəcək. Çünki Azərbaycanda həm uğurlu vaksinasiya prosesi həyata keçirilir və əhalinin çox hissəsini əhatə edir, həm də sadalanan ölkələrdə də bu məsələ var. Belə ki, pandemiyaya qarşı mübarizə aparıldıqca, vaksinasiya prosesi getdikcə dünya üzrə turizm sahəsi də yavaş-yavaş bərpa edilməyə başlayır. Tam bərpa, yəni 2019-cu ilin göstəricilərinə qayıtma optimistik yanaşma ilə 2023-cü ildə gözlənilir. Amma bir qədər uzaq zaman götürüləndə 2025-ci ildə qlobal turizm və Azərbaycan turizminin özünü bərpa edəcəyi gözlənilir”, - deyə o qeyd edib.Kənan Quluzadənin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41453/32/414533230_227:0:2000:1330_1920x0_80_0_0_161a9e05d0a92aabe56b29fa5dd43ffe.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
radio, multimedia, xəbərlər, azərbaycan
radio, multimedia, xəbərlər, azərbaycan
Kənan Quluzadə: “Avropa ölkələrinin vətəndaşları Azərbaycan turizmi üçün hədəfdir”
15:16 05.08.2021 (Yenilənib: 00:00 17.11.2021) Dövlət Turizm Agentliyinin (DTA) mətbuat katibi Kənan Quluzadə deyir ki, pandemiyaya qarşı mübarizə aparıldıqca, vaksinasiya prosesi getdikcə dünya üzrə turizm sahəsi də yavaş-yavaş bərpa edilməyə başlayır
“Azərbaycana vətəndaşlarının giriş-çıxışına icazə verilən ölkələrin siyahısının genişləndirilməsi turizmin inkişafına imkan yaradacaq".
Sputnik Azərbaycan xəbər verir ki, bunu “Report”a açıqlamasında Dövlət Turizm Agentliyinin (DTA) mətbuat katibi Kənan Quluzadə Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda etdiyi dəyişikliyi şərh edərkən deyib.
Turizm rəsmisi hesab edir ki, Avropa ölkələrinin vətəndaşları Azərbaycan turizmi üçün hədəfdir: "Son siyahı əsasən Kanada, Avstraliya və Avropa ölkələrinə aiddir. Biz düşünürük ki, bu, turizmin inkişafı üçün müəyyən imkanlar yaradacaq. İlk olaraq bu şərait Rusiya və Türkiyə vətəndaşlarına yaradılmışdı. Daha sonra bu siyahıya 7 ölkə əlavə edildi. Bura həm yaxın Şərq ölkələri, həm də Şimali Amerika ölkələri daxildir. Biz düşünürük ki, bu coğrafiya daha da genişlənəcək. Çünki Azərbaycanda həm uğurlu vaksinasiya prosesi həyata keçirilir və əhalinin çox hissəsini əhatə edir, həm də sadalanan ölkələrdə də bu məsələ var. Belə ki, pandemiyaya qarşı mübarizə aparıldıqca, vaksinasiya prosesi getdikcə dünya üzrə turizm sahəsi də yavaş-yavaş bərpa edilməyə başlayır. Tam bərpa, yəni 2019-cu ilin göstəricilərinə qayıtma optimistik yanaşma ilə 2023-cü ildə gözlənilir. Amma bir qədər uzaq zaman götürüləndə 2025-ci ildə qlobal turizm və Azərbaycan turizminin özünü bərpa edəcəyi gözlənilir”, - deyə o qeyd edib.
Kənan Quluzadənin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz