Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Elxan Mikayılov: “AQTA toxumların virusa görə müayinəsini həyata keçirir”

© The Food Safety Agency of the Republic of AzerbaijanAQTA-nın aparat rəhbəri Elxan Mikayılov
AQTA-nın aparat rəhbəri Elxan Mikayılov  - Sputnik Azərbaycan, 1920, 30.07.2021
Abunə olmaq
AQTA-nın aparat rəhbəri Elxan Mikayılov deyib ki, Rusiyaya ixrac olunan bir neçə yük partiyasında qonur qarışıqlıq və pepina virusunun aşkarlanması ilə bağlı agentliyə bildirişlər daxil olub
Elxan Mikayılov: “Təsərrüfatlarda monitorinqlərin aparılmasına başlanılıb”

“Bitki mənşəli viruslar insan sağlamlığına təsir etməsə də, məhsuldarlığı qismən və ya tamailə məhv etmək gücündədir”. Sputnik Azərbaycan xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında AQTA-nın aparat rəhbəri Elxan Mikayılov deyib.

O bildirib ki, son dövrlə dünyada və qonşu ölkələrdə bu tip virusların yayılma halları müşahidə edilir: “Bu həmin virusların bizim ərazilərimizdə də yayılma riskini artırır. AQTA dövrü olaraq gömrük rəsmiləşməsindən keçən idxal olunmuş toxumların virusa görə müayinəsini həyata keçirir. Qeyd edim ki, Rusiyaya ixrac olunan bir neçə yük partiyasında qonur qarışıqlıq və pepina virusunun aşkarlanması ilə bağlı agentliyə bildirişlər daxil olub. O cümlədən ixrac olunmuş kartofda da Azərbaycan mənşəli viruslar aşkarlanıb. Bununla bağlı olaraq təsərrüfatlarda monitorinqlərin aparılmasına başlanılıb”.

Elxan Mikayılovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0