Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

AFFA rəsmisi Avro-2020 üçün hazırlıqlardan danışır

© Photo : AFFAAFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla
AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla  - Sputnik Azərbaycan, 1920, 12.06.2021
Abunə olmaq
AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla deyir ki, Bakı Olimpiya Stadionunda 30 mindən bir qədər çox azarkeş oyunları izləyə biləcək
Firuz Abdulla: “Azarkeşlərin stadiona daxil olması məhdudiyyətlərlə həyata keçiriləcək”

“Avro-2020 üçün hazırlıq işləri tam gücü ilə davam etdirilir. Yerli əməliyyat qrupu və AFFA oyunların yüksək səviyyədə keçirilməsi üçün bütün işləri görür”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla deyib.

O bildirib ki, pandemiya ilə əlaqədar olaraq azarkeşlərin stadiona daxil olması müəyyən məhdudiyyətlərlə həyata keçiriləcək: “Bakı Olimpiya Stadionunda 30 mindən bir qədər çox azarkeş oyunları izləyə biləcək. Mayın 15-dən etibarən oyunlara bilet satışı bərpa olunub. Proses hələ də davam edir. Azarkeşlərin stadiona rahat gəlməsini təmin etmək üçün iki ekspress marşrut xətti fəaliyyət gösətərəcək. Oyunun başlamasına üç saat qalmış bu marşrutlar fəaliyyətə başlayacaq”.

Qeyd edək ki, AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Firuz Abdullanın fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0