04:23 11 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0221
  • EUR2.0237

IV Sənaye İnqilabında nə etmək lazımdır – professor şərh edir

RADİO
Qısa URL
12 0 0

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, ölkəmizdə aparılan iqtisadi siyasətdə investisiyaların innovativ texnologiyalara istiqamətləndirilməsinə ehtiyac duyulur

Elşad Məmmədov: “Bu proseslərdən kənarda qalmış dövlətlər geriləmiş olurlar”

Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin mərkəzlərindən birinə ev sahibliyi Azərbaycana mühüm töhfə verəcək. Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmməov Sputnik Azərbaycan-a deyir ki, bu proseslər texnoloji yeniliklərin iqtisadiyyata aktiv daxil olması ilə bağlıdır:

“Hesab edirəm ki, bu gün doxsan faiz iqtisadi artım innovativ texnologiyaların iqtisadiyyatda tətbiq edilməsi ilə təmin edilir. Bu proseslərdən kənarda qalmış dövlətlər geriləmiş olurlar. Bu gün ölkəmizdə aparılan iqtisadi siyasətdə investisiyaların innovativ texnologiyalara istiqamətləndirilməsinə ehtiyac duyulur. Bu, ölkəmizin iqtisadi gücünü artırmaqla dünya iqtisadiyyatı ilə mübadilədə yüksək ekvivalentliyə malik olmaq deməkdir”.

Elşad Məmmədovun geniş şərhinə audifaylda qulaq asa bilərsiniz

Əsas mövzular