Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin mərkəzlərindən birinə ev sahibliyi Azərbaycana mühüm töhfə verəcək. Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmməov Sputnik Azərbaycan-a deyir ki, bu proseslər texnoloji yeniliklərin iqtisadiyyata aktiv daxil olması ilə bağlıdır:
“Hesab edirəm ki, bu gün doxsan faiz iqtisadi artım innovativ texnologiyaların iqtisadiyyatda tətbiq edilməsi ilə təmin edilir. Bu proseslərdən kənarda qalmış dövlətlər geriləmiş olurlar. Bu gün ölkəmizdə aparılan iqtisadi siyasətdə investisiyaların innovativ texnologiyalara istiqamətləndirilməsinə ehtiyac duyulur. Bu, ölkəmizin iqtisadi gücünü artırmaqla dünya iqtisadiyyatı ilə mübadilədə yüksək ekvivalentliyə malik olmaq deməkdir”.
Elşad Məmmədovun geniş şərhinə audifaylda qulaq asa bilərsiniz