06:03 26 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Rauf Zeyni: “QHT-lərlə görüş dövlətin inkişafı üçün gərəklidir”

RADİO
Qısa URL
86 0 0

Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyir ki, QHT-hökumət dialoqunun bərpa olunması bütövlükdə vətəndaş cəmiyyətinin inkişafına xidmət edir

Rauf Zeyni: “Keçirilən görüşləri mütərəqqi hesab edirəm”

Prezidentin köməkçisi Hikmət Hacıyev ölkənin bir çox fəal qeyri-hökumət təşkilatları rəhbərlərinin daxil olduğu “İctimai Liderlər Platforması”nın üzvləri ilə onlayn görüş keçirib.

Görüşlə bağlı Sputnik Azərbaycan-a danışan Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib ki, belə görüşlərin keçirilməsi əhəmiyyətlidir:

“QHT-hökumət dialoqunun bərpa olunması bütövlükdə vətəndaş cəmiyyətinin inkişafına xidmət edir. Bu dialoqun gücləndirilməsi vətəndaş cəmiyyətinin problemlərinin araşdırılması və dövlətin inkişafına vətəndaş cəmiyyətinin töhfə verməsi baxımından gərəklidir. Bu gün QHT-lər maddi-texniki təminat baxımından dövlət sektorundan xeyli zəifdir. O baxımdan keçirilən görüşləri mütərəqqi hesab edirəm”.

Rauf Zeyninin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular