Prezidentin köməkçisi Hikmət Hacıyev ölkənin bir çox fəal qeyri-hökumət təşkilatları rəhbərlərinin daxil olduğu “İctimai Liderlər Platforması”nın üzvləri ilə onlayn görüş keçirib.
Görüşlə bağlı Sputnik Azərbaycan-a danışan Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib ki, belə görüşlərin keçirilməsi əhəmiyyətlidir:
“QHT-hökumət dialoqunun bərpa olunması bütövlükdə vətəndaş cəmiyyətinin inkişafına xidmət edir. Bu dialoqun gücləndirilməsi vətəndaş cəmiyyətinin problemlərinin araşdırılması və dövlətin inkişafına vətəndaş cəmiyyətinin töhfə verməsi baxımından gərəklidir. Bu gün QHT-lər maddi-texniki təminat baxımından dövlət sektorundan xeyli zəifdir. O baxımdan keçirilən görüşləri mütərəqqi hesab edirəm”.
Rauf Zeyninin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz