SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İranda etirazlar nə ilə nəticələnəcək – politoloq şərhi

© Courtesy of Sadraddin SoltanSədrəddin Soltan
Sədrəddin Soltan - Sputnik Azərbaycan
Abunə olmaq
Orta Doğu araşdırmalar mərkəzinin rəhbəri Sədrəddin Soltan deyir ki, bütün bunlar kompleks şəkildə İran iqtisadiyyatına zərbə vurur
Sədrəddin Soltan: “Baş verənlər İran iqtisadiyyatının ciddi böhranla üzləşməsidir”

Son iki gün ərzində İranda aksiyaçıların polislə toqquşması nəticəsində onlarla insan ölüb, 40 nəfər isə saxlanılıb.

Orta Doğu araşdırmalar mərkəzinin rəhbəri Sədrəddin Soltan Sputnik Azərbaycan-a deyir ki, İranda baş verən aksiyalar ABŞ-ın tətbiq etdiyi sanksiyaların nəticəsidir: “İran bazarına xarici investisiya qoyuluşunda problem var. Eyni zamanda İran neftlə yanaşı, digər məhsullarını da xarici bazarlara çıxara bilmir. Bütün bunlar kompleks şəkildə İran iqtisadiyyatına zərbə vurur. Baş verənlər İranın parçalanması, hakimiyyət çevrilişi deyil. Bu, İran iqtisadiyyatının ciddi böhranla üzləşməsidir”.

İran parlamenti benzinin qiymətinin etirazlara səbəb olan 50%-lik artımını müzakirə etmək üçün sabah növbədənkənar iclas keçirəcək. Prezident Həsən Ruhaninin də parlamentə gedəcəyi deyilir.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0