Son iki gün ərzində İranda aksiyaçıların polislə toqquşması nəticəsində onlarla insan ölüb, 40 nəfər isə saxlanılıb.
Orta Doğu araşdırmalar mərkəzinin rəhbəri Sədrəddin Soltan Sputnik Azərbaycan-a deyir ki, İranda baş verən aksiyalar ABŞ-ın tətbiq etdiyi sanksiyaların nəticəsidir: “İran bazarına xarici investisiya qoyuluşunda problem var. Eyni zamanda İran neftlə yanaşı, digər məhsullarını da xarici bazarlara çıxara bilmir. Bütün bunlar kompleks şəkildə İran iqtisadiyyatına zərbə vurur. Baş verənlər İranın parçalanması, hakimiyyət çevrilişi deyil. Bu, İran iqtisadiyyatının ciddi böhranla üzləşməsidir”.
İran parlamenti benzinin qiymətinin etirazlara səbəb olan 50%-lik artımını müzakirə etmək üçün sabah növbədənkənar iclas keçirəcək. Prezident Həsən Ruhaninin də parlamentə gedəcəyi deyilir.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz