16:02 21 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799

Gimnastika Federasiyasının baş katibi dünya çempionatına hazırlıqlardan danışır

RADİO
Qısa URL
113 0 0

Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə deyir ki, milli komandanın üzvləri uzun müddətdir ki, intensiv məşqlər keçirirlər

“Təşkilat baxımından biz bədii gimnastika üzrə 37-ci dünya çempionatının keçirilməsinə hazırıq”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə deyib.

“Beynəlxalq Gimnastika Federasiyasının rəsmi nümayəndələri Bakıya gəliblər. Onlar yarış zalına baxış keçiriblər. Milli komandanın üzvləri uzun müddətdir ki, intensiv məşqlər keçirirlər. Ümid edirik ki, doğma divarlar arasında məsuliyyətin daha çox olmasına baxmayaraq, gimnastlarımız nəyə qadir olduqlarını göstərəcəklər”, - deyə o bildirib.

Qeyd edək ki, sentyabrın 16-22-də Azərbaycanda keçiriləcək çempionat təkcə bütün dünyadan olan bədii gimnastların birincilik uğrunda mübarizəsi ilə deyil, eyni zamanda, 2020-ci ildə Tokioda təşkil ediləcək XXXII Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıması ilə də əlamətdar olacaq.

Nurlana Məmmədzadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular