Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Bakı Avro Liqanın finalına necə hazırlaşır - idman şərhçisi danışdı

© Photo : Facebook / rovshan.binnatliRövşən Binnətli
Rövşən Binnətli - Sputnik Azərbaycan
Abunə olmaq
İdman şərhçisi Rövşən Binnətli deyir ki, ölkəmiz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir
Rövşən Binnətli: “Bu dəfəki oyunu da uğurla təşkil edəcəyik”

Mayın 29-da Bakıdakı Olimpiya Stadionunda iki ingilis komandası-“Arsenal” və “Çelsi” arasında UEFA Avropa Liqasının finalı keçiriləcək.

İdman şərhçisi Rövşən Binnətli Sputnik Azərbaycan-a deyir ki, Bakıda bir oyun keçiriləcəksə belə, bu çox məsuliyyətlidir:

“Ölkəmiz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Bunun isə olacağına zərrə qədər də şübhə yoxdur. Azərbaycan bu oyuna qədər də bir çox beynəlxalq turnirlərə ev sahibliyi edib. Eyni zamanda ötən illərdə ölkəmiz Çempionlar Liqasının qrup mərhələsinin oyunlarına yüksək səviyyədə təşkil edib. O baxımdan qazanılmış təcrübəmiz bu dəfəki oyunu da uğurla təşkil edəcəyimizi deməyə əsas verir”.

Rövşən Binnətlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0