12:32 16 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9187
Müşfiq Ələsgərli
© Sputnik / Murad Orujov

Müşviq Ələsgərli: “Qəzetçiliyin dövrü hələ başa çatmayıb”

RADİO
Qısa URL
101 0 0

Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşviq Ələsgərli deyir ki, dünyada informasiya alıcılarının 40-50 faizini qəzet oxucuları təşkil edir

“Qəzetlər informasiyalarının oxuculara çatması üçün kommunikasiya texnologiyalarında yeniliklər etməlidirlər”. Bunu Sputnik Azərbayca-a çap mediasının vəziyyəti haqqında danışarkən Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşviq Ələsgərli deyib.

O bildirib ki, dünyanın bir çox ölkələrində ənənəvi media onlayn media ilə rəqabət aparır və kifayət qədər də oxucu kütləsinə malikdirlər:

“Dünyada informasiya alıcılarının 40-50 faizini qəzet oxucuları təşkil edir. Bu onu göstərir ki, qəzetçiliyin dövrü hələ başa çatmayıb. Sosial şəbəkə və onlayn mediadan yayılan xəbərlərin 40-60 faizə qədəri yalan xəbərlər olur. Azərbaycanda olan qəzetlər də kommunikasiya texnologiyalarında yeniliklər etməlidirlər. KİVDF-nin qərarları zamanın tələblərinə uyğun qərarlar verir. Bu qərarlar da çap mediasını yayım texnologiyasını yeniləməyə sövq edir”.   

Müşviq Ələsgərlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular