“Qəzetlər informasiyalarının oxuculara çatması üçün kommunikasiya texnologiyalarında yeniliklər etməlidirlər”. Bunu Sputnik Azərbayca-a çap mediasının vəziyyəti haqqında danışarkən Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşviq Ələsgərli deyib.
O bildirib ki, dünyanın bir çox ölkələrində ənənəvi media onlayn media ilə rəqabət aparır və kifayət qədər də oxucu kütləsinə malikdirlər:
“Dünyada informasiya alıcılarının 40-50 faizini qəzet oxucuları təşkil edir. Bu onu göstərir ki, qəzetçiliyin dövrü hələ başa çatmayıb. Sosial şəbəkə və onlayn mediadan yayılan xəbərlərin 40-60 faizə qədəri yalan xəbərlər olur. Azərbaycanda olan qəzetlər də kommunikasiya texnologiyalarında yeniliklər etməlidirlər. KİVDF-nin qərarları zamanın tələblərinə uyğun qərarlar verir. Bu qərarlar da çap mediasını yayım texnologiyasını yeniləməyə sövq edir”.
Müşviq Ələsgərlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz