18:01 23 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9270

Venesuelada yaşanan hadisələrin neft bazarına təsirləri açıqlandı

RADİO
Qısa URL
157 0 0

İqtisadçı-ekspert Natiq Cəfərli deyir ki, neft hasilatının aşağı düşməsi Venesuellanın bazardakı rolunu xeyli zəiflədib

“Venesuellada neft hasilatının kəskin artması neft qiymətlərinin ucuzlaşmasına səbəb ola bilər”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

“Hazırda Venesuellanın neft hasilatı aşağı düşüb. Bu da onun bazardakı rolunu xeyli zəiflədib. Amma Venesuella ən böyük neft həcmlərinə sahib olan 3 ölkədən biridir. Ona görə də, gələcəkdə netf bazarında baş verən proseslərə Venesuellada yaşanan hadisələr təsir edəcək. Venesuellada qərb yönümlü qüvvələr qalib gəlsə, hazırki və əvvəlki prezidentlər tərəfindən qərb şirkətlərinə qoyulan qadağalar ləğv edilə, bu ölkəyə böyük investitsiya qoyuluşları gerçəkləş bilər. Bu da bir müddət sonra Venesuellanın neft istehsalı həcmini artırılması təsəvvürünü yaradır”, - deyə o bildirib.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular