“Venesuellada neft hasilatının kəskin artması neft qiymətlərinin ucuzlaşmasına səbəb ola bilər”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.
“Hazırda Venesuellanın neft hasilatı aşağı düşüb. Bu da onun bazardakı rolunu xeyli zəiflədib. Amma Venesuella ən böyük neft həcmlərinə sahib olan 3 ölkədən biridir. Ona görə də, gələcəkdə netf bazarında baş verən proseslərə Venesuellada yaşanan hadisələr təsir edəcək. Venesuellada qərb yönümlü qüvvələr qalib gəlsə, hazırki və əvvəlki prezidentlər tərəfindən qərb şirkətlərinə qoyulan qadağalar ləğv edilə, bu ölkəyə böyük investitsiya qoyuluşları gerçəkləş bilər. Bu da bir müddət sonra Venesuellanın neft istehsalı həcmini artırılması təsəvvürünü yaradır”, - deyə o bildirib.
Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz