10:27 16 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisad üzrə elmlər doktoru Elşad Məmmədov
© Sputnik / Anar Mustafayev

Sığorta bazarındakı artımın səbəbləri nədir - ekspert şərhi

RADİO
Qısa URL
26910

Professor Elşad Məmmədov deyir ki, devalvasiyadan əvvəlki dövrə nəzər saldıqda indiki artım o qədər də böyük görünmür

2018-ci ilin yanvar-iyul ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 459.9 mln. manat məbləğində sığorta haqları toplanıb, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 42,4 faiz çoxdur.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, sığorta bazarındakı artım iqtisadi fəallığın canlanması ilə bağlıdır: “Ölkədə baş verən devalvasiyalardan sonra sığorta bazarında eniş dövrü yaşandı. Çünki maliyyə bazarlarında mövcud olan problemlər sığorta bazarına da təsir etməli idi. Bu artıma nəzər saldıqda kifayət qədər ciddi rəqəmlərlə ölçülür. Ancaq devalvasiyadan əvvəlki dövrə nəzər saldıqda indiki artım o qədər də böyük görünmür”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular