Elşad Məmmədov: “Maliyyə bazarlarındakı problemlər sığorta bazarına təsir etdi”
2018-ci ilin yanvar-iyul ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 459.9 mln. manat məbləğində sığorta haqları toplanıb, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 42,4 faiz çoxdur.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, sığorta bazarındakı artım iqtisadi fəallığın canlanması ilə bağlıdır: “Ölkədə baş verən devalvasiyalardan sonra sığorta bazarında eniş dövrü yaşandı. Çünki maliyyə bazarlarında mövcud olan problemlər sığorta bazarına da təsir etməli idi. Bu artıma nəzər saldıqda kifayət qədər ciddi rəqəmlərlə ölçülür. Ancaq devalvasiyadan əvvəlki dövrə nəzər saldıqda indiki artım o qədər də böyük görünmür”.
Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz