09:50 14 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0250
  • EUR1.9190
Директор Центра истории Кавказа Ризван Гусейнов
© Sputnik / Murad Orujov

Tarixçi: “Azərbaycan Ordusu şərəfli yol keçib”

RADİO
Qısa URL
68 0 0

Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov deyir ki, bu gün ordumuzda əsas dayağımız gənclərdir

“Azərbaycan ordusundan danışarkən onun yaranma dövrünə nəzər yetirməliyik”. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Sputnik Azərbaycan Multimediya Mərkəzində Azərbaycan Ordusunun 100 illiynə həsr olunmuş tədbirdə Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov deyib.

Tarixçi bildirib ki, SSRİ-nin dağılmağa başladığı bir dövrdə müstəqil Azərbaycan ordusu yaranmağa başladı: “Ordu quruculuğu mürəkkəb və vacib məsələdir. Onu yaratmaq üçün illərin təcrübəsi və ənənə lazımdır. Bizdə bu ənənə var idi, sadəcə Sovet dövründə qırılmışdı. Ordumuz son 25 il ərzində mürəkkəb yol keçib. Bu gün ordumuzda əsas dayağımız gənc əsgərlərdir. Onlar mənəvi-psixoloji baxımdan müasir ordu üçün tam yararlıdırlar”.

1918-ci il iyunun 26-da Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradılıb. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verib. 

Əsas mövzular