Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Ekspert: ““Keşlə”nin timsalında yeni bir keyfiyyətli komanda formalaşır”

© Photo : Facebook / rovshan.binnatliRövşən Binnətli
Rövşən Binnətli - Sputnik Azərbaycan
Abunə olmaq
Futbol eksperti Rövşən Binnətli deyir ki, Keşlə”nin belə bir uğur qazanacağına ən nikbin azarkeş belə ümid etmirdi

Rövşən Binnətli: “Komandanın uğurunda məşqçi işi danılmazdır”
Mayın 28-də Azərbaycan kubokunun final matçı keçirilib. Qəbələ şəhər stadionundakı matçla 2017/18 mövsümünə yekun vurulub. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi gününə təsadüf edən finalda “Keşlə” və “Qəbələ” qarşılaşıb. Görüş "Keşlə"nin minimalhesablı qələbəsi ilə yekunlaşıb.

Futbol eksperti Rövşən Binnətli “Keşlə”nin qələbəsini Sputnik Azərbaycan-a şərh edərkən deyib ki, bu il “Keşlə”nin belə bir uğur qazanacağına ən nikbin azarkeş belə ümid etmirdi:

“Komandada transfer qadağası var idi və aşkar outsayder idi. Komandanın bu uğurunda məşqçi işi danılmazdır. Yuri Maksimov komandanı qısa bir müddətdə mübariz formaya gətirə bildi. Sözün əsl mənasında, bu, alın təri ilə qazanılmış mükafat idi. Düşünmək olar ki, Azərbaycanda “Keşlə”nin timsalında yeni bir keyfiyyətli komanda formalaşır”.

Qeyd edək ki, görüş həm də Azərbaycanın Avropa Liqasındakı son təmsilçisini müəyyənləşdirib.

Futbol eksperti Rövşən Binnətlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0