Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

“Azdrama” Novruz bayramı günlərində uşaqları sevindirəcək

© Photo : © Courtesy of Cavid ZeynallıAzərbaycan Dövlət Dram teatırının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı
Azərbaycan Dövlət Dram teatırının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı - Sputnik Azərbaycan
Abunə olmaq
Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı deyir ki, “Gəl baharım, gəl yazım” tamaşası uşaqların marağına səbəb olaraq onları əyləndirəcək

Cavid Zeynallı: ““Gəl baharım, gəl yazım” tamaşası uşaqları əyləndirəcək”
Akademik Milli Dram Teatrı Novruz bayramı günlərində azyaşlı tamaşaçılar üçün “Gəl baharım, gəl yazım” tamaşasını təqdim edəcək.

Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı Sputnik Azərbaycan-a deyir ki, səhnə əsərinin rejissoru Anar Babalı, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistenti Könül Kərimovadır: 

“Uşaqların marağına səbəb olaraq onları əyləndirəcək rəngarəng tərtibatlı tamaşada aktyor Ramin Şıxəliyev və Vüsal Xalıqoğlu (Kosa), Cümşüd Zeynalov və Vüsal Mustafayev (Keçəl), Rəşad Bəxtiyarov və Mehman Fətullayev (Xan Çoban) və başqaları  iştirak edəcək. Tamaşa gündə dörd seans olmaqla saat 11:00, 13:00, 15:00 və 17:00-da təqdim olunacaq”.

Cavid Zeynallının geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0