Cavid Zeynallı: ““Gəl baharım, gəl yazım” tamaşası uşaqları əyləndirəcək”
Akademik Milli Dram Teatrı Novruz bayramı günlərində azyaşlı tamaşaçılar üçün “Gəl baharım, gəl yazım” tamaşasını təqdim edəcək.
Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı Sputnik Azərbaycan-a deyir ki, səhnə əsərinin rejissoru Anar Babalı, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistenti Könül Kərimovadır:
“Uşaqların marağına səbəb olaraq onları əyləndirəcək rəngarəng tərtibatlı tamaşada aktyor Ramin Şıxəliyev və Vüsal Xalıqoğlu (Kosa), Cümşüd Zeynalov və Vüsal Mustafayev (Keçəl), Rəşad Bəxtiyarov və Mehman Fətullayev (Xan Çoban) və başqaları iştirak edəcək. Tamaşa gündə dörd seans olmaqla saat 11:00, 13:00, 15:00 və 17:00-da təqdim olunacaq”.
Cavid Zeynallının geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz