https://cdn1.img.sputnik.az/i/logo-itemprop.png
Sputnik Azərbaycan
https://cdn2.img.sputnik.az/i/logo.png
Sputnik
https://cdn2.img.sputnik.az/i/logo.png
https://sputnik.az/radio/20171230/413368764/2017-azerbaycan-idman-hedefler.html
İdman eksperti Rövşən Binnətli deyir ki, müxtəlif idman yarışlarının təşkilatçılığının ölkəmizə həvalə edilməsi Azərbaycanın təbliğatı baxmından əhəmiyyətlidir
“Bu il Azərbaycan idmançıları xalqımızı böyük qələbələrlə sevindiriblər. Azərbaycan idmançıları bu il bütün beynəlxalq yarışlarda 851 medal qazanmışlar ki, onlardan 347-si qızıl medaldır. Keçən illə müqayisədə medalların sayı daha çoxdur”. Bunu Azərbaycan prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsində 2017-ci ilin idman yekunlarına həsr olunan mərasimdə deyib.
İdman eksperti Rövşən Binnətli Sputnik Azərbaycan-a deyir ki, bu il ölkəmizdə keçirilən yarışlar həm idmanımızın nailiyyəti, həm də ölkəmizin təbliğatı baxmından əhəmiyyətlidir:
“Bu il idmançılarımızın göstərdiyi nəticələr 2017-ci ilin uğurlu keçdiyini deməyə əsas verir. 2017-ci li bizim üçün yadda qalan oldu”.